Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Beyləqan sakini “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin rəhbər şəxslərindən ŞİKAYƏTÇİDİR
Beyləqan sakini “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin rəhbər şəxslərindən ŞİKAYƏTÇİDİRDünən, 12:41 |
|
Beyləqan rayonunun adının açıqlanmasını istəməyən sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsindən şikaəytçidir: “Hörmətli redaksiya! Yazaraq qeyd edim ki, 1996-cı ildən ölkədə torpaq islahatı getsə də, bu, bizim rayon - Beyləqan üçün keçərsizdir. Qeyd edim ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasovun təyin etdiyi direktor Zamin Məmmədov keçmiş departament işçisi Ziya Məmmədovun yaxın qohumudur. Köməkçisi isə Vüsal Kərimovdur. Beyləqan rayonundakı şəxsi təsərrüfat kimi istifadə olunan “Azəraqrar”ın torpaqları və heyvanları Ceyhun, Şahin və Rəşad Əsədov qardaşları tərəfindən idarə olunur. Onların yaxın qohumlarının adına torpaq icarəsi yazdırıb, öz şəxsi təsərrüfatlarını qurublar. Belə ki, 2 böyük fermer təsərrüfatı yaradıb, əkinə yararlı 500 hektardan artıq torpaq sahəsini istifadə edirlər. Dəfələrlə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun qəbulunda olmuşam. Tələb etdiyim 15-20 hektar icarə müqaviləsi ilə istədiyim torpaq sahəsini mənə vermirlər. Kənd təsərrüfatının çətin vaxtında buranı zəbt edənlər imkan vermir ki, sakinlər təsərrüfatı genişləndirsinlər. Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bu özbaşınalığa son verilsin. İnsanların haqqını tapdalamayın. Rayon sakini kimi həmin torpaqlardan istifadə etmək mənim də haqqımdır. Şahin Əsədov Birliyin 50 hektardan artıq ərazisində ferma yaradıb, oranı zəbt edib. Qardaşları Cehun və Rəşad Əsədov başqa ferma ərazilərində 200 hektar torpaq zəbt ediblər. Yeznələri Fariz və dayısı oğlu Muraz kimilərinin adına 200 hektar torpaq sahəsi var. Həmin sahələrdə pambıq əkiblər. Bəzi ərazilərdə də Birliyə aid qoyunları saxlayırlar, 150-160 baş heyvan var. 1400 başdan artıq isə öz heyvanları var. Dediklərimi araşdırsanız, həqiqəti dediyimi görəcəksiniz”. Geri qayıt |