Əsas Səhifə > Manşet / Siyasət > Əhmədzadələrin MUBARİZ NÜMAYƏNDƏSİ...
Əhmədzadələrin MUBARİZ NÜMAYƏNDƏSİ...Bu gün, 07:10 |
|
Qax və Balakən rayonlarının icra hakimiyyəti başçıları artıq həbsdədir. "DİA-AZ" xatırladır ki, hər iki icra başçısı qohum idi və zamanında Su Təsərrüfatı ASC-nin rəhbəri olmuş Əhməd Əhmədzadənin himayəsi altında idilər. Neçə müddətdir ki, sahibsiz - ağsaqqalsız qalan bu klanın sonuncu nümayəndəsi isə hələlik duruş gətirir. Söhbətin kimdən getdiyi məlumdur. Zaqatala rayonuna 15 ildir rəhbərlik edən 78 yaşlı Mübariz Əhmədzadə təqaüd yaşının 13 ilini bu vəzifədə keçirib. O, ləğv edilmiş Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır. Azərbaycanda Əhmədzadələr vəzifələri və var-dövlətləri ilə tanınırlar. Uzun müddət Şimal-Qərb bölgəsindəki turizm, istehsalat və kənd təsərrüfatı obyektləri onların nəzarətində olub. Onların investisiya və gəlir mənbələri yalnız Azərbaycanla məhdudlaşmır, Avropanın bahalı paytaxtlarında dövriyyəsi milyonlarla ölçülən şirkətlər və çoxmilyonluq daşınmaz əmlakın sənədlərinə də Əhmədzadələrin adları yazılıb.
"DİA-AZ" qeyd edir ki, Mübariz Əhmədzadə hazırda icra başçıları eşalonunda ən zəif brendlərdən biri hesab olunur...
Geri qayıt |