Əsas Səhifə > Manşet / Siyasət > Fuad Nəcəfli ilə Vasif Talıbovun FƏRQİ NƏ OLDU Kİ:" `Onlara vətən xaini de, işə xitam verdirək...`

Fuad Nəcəfli ilə Vasif Talıbovun FƏRQİ NƏ OLDU Kİ:" `Onlara vətən xaini de, işə xitam verdirək...`


Bu gün, 09:04

Məhkəmə sədrinə rüşvətxor dediyinə görə həbs olunan Kərim Seyidov üç aylıq cəzası bitdikdən sonra azadlığa buraxılıb. O, iyulun 11-də Kəngərli rayon Məhkəməsinin qərarı ilə həbs olunmuşdu. Seyidov deyir ki, ağır xəstə olan anası çəkindiyindən onun həbsini gizlədib, ictimailəşdirmək istəməyib.
Kərim Seyidov deyir ki, həbsindən az öncə, elə məhkəmə salonundaca ona yaxınlaşıb, azadlığı qaşılığında şərt irəli sürüblər:
“Tanımadığım iki nəfər idi. Məhkəmə başlamadan öncə yaxınlaşdılar, dedilər ki, „Gündəlik Naxçıvan“ səhifəsi ilə əlaqəni kəsəcəyinə söz ver, videomüraciət yayıb, səhifəni işlədənləri söy, onlara vətən xaini de, işə xitam verdirək. Mən də dedim ki, nə bu səhifə, nə də səhifəni işlədənlər vətən xainidir. Onlar mənim kimi haqqı pozulanların yanındadılar, rüvətxorları isə tənqid edirlər. Razılaşmadığımı görüb, dedilər ki, özündən küs.”
Kərim Seyidov bildirir ki, bundan sonra məhkəmə başlayıb və saxta ittihamla həbs olunub:
“Məhkəmə çox ədalətsiz şəkildə keçirildi. Mənim sübutlarımın heç biri qeyd olunmadı. Mənim məhkəmədə sirkə içdiyim günü təhlükəsizlik kameralarından çəkilmiş videonu gətirdilər. Hər şey yerində idi, mənim sirkə içdiyim anı kəsib, çıxarmışdılar.
Daha sonra hakim Zülfüqar Məmmədov dedi ki, sən sirkə yox, su içmisən. Sirkə içdikdən sonra dilim və dodağımın yanması, mədəmdən qan gəlməsi ilə bağlı videoları təqdim etsəm də, heç biri sübut kimi qəbul olunmadı. Nəticədə rüşvətxor dediyim baş hakim Gülnar Səfərəliyevanın sifarişi ilə məni 3 ay 1 günlük həbs etdilər.
Mənim həbsimdən sonra tək qalan ankoloji xəstə anamın vəzyiyyəti daha da ağırlaşıb. Mən bu haqsızlığı necə bağışlayım? Əvvəlki qaydada mübarizəmi aparacağam”
Gülnar Səfərəliyeva Kərim Seyidzadənin onu rüşvətxor deyib, təhqir etməsi iddiası ilə əvvəlcə özünün baş hakim olduğu Naxçıvan şəhər məhkəməsinə müraciət etmişdi. Bu məsələ ictimailəşdikdən sonra yerli Ali Məhkəmə işə qarışaraq, şikayətin onun baş hakim olduğu yox, başqa məhkəmədə baxılmalı olduğu qərarına gəlmişdi. Bundan sonra iş Kəngərli rayon Məhkəməsinə göndərilmişdi.
Kərim Seyidzadə ittihamları rədd edərək, məhkəmə sədrinin ondan qisas almaq istədiyini bildirirdi. O, məhkəmədə baş verən haqsızlıqları ictimailəşdirdiyini və bu səbəbdən sədrlik etdiyi məhkəmənin tənqid edilməsindən narahat olan Gülnar Səfəralıyevanın onu cəzalandırmağa çalışdığını deyirdi.
Bundan əvvəl, həmin məhkəmənin digər hakimi Qabil Məmmədov da Kərim Seyidzadəni eyni ittihamal məhkəməyə vermişdi. Həmin vaxt, Gülnar Səfərəliyevanın sədrliyi ilə baş tutan məhkəmə, Kərim Seyidzadəyə 300 saat icbari iş kəsmişdi. Bu hökmü ədalətsiz hesab edən Kərim Seyidzadə məhkəmə binasında sirkə içərək intihara cəhd etmişdi.
„Gündəlik Naxçıvan“

Geri qayıt