Əsas Səhifə > Manşet / Hadisə > KONTAKT HOME: Yenə də öz amluasında...
KONTAKT HOME: Yenə də öz amluasında...Bu gün, 09:08 |
"Şikayətim "Kontakt Home" mağazalar şəbəkəsindəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İzzət Qurbanov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Avqust ayında (8-ci ay) Kontakt Home mağazasından məhsul almışam.
Ümumi məbləğ 194.60 AZN təşkil edib. İlkin ödəniş kimi 70.40 AZN ödəmışəm.
Sənədə əsasən aylıq ödəniş 20.70 AZN göstərilib və mən sentyabr (9-cu ay) və oktyabr (10-cu ay) aylarının ödənişlərini etmişəm.
Lakin əməkdaş mənə zəng edərək bildirdi ki, 70 AZN cərimə yaranıb və guya ödəniş etməmişəm.
Bundan əlavə, mənə deyildi ki, bir ödəniş 35 AZN, digəri isə 20 AZN təşkil edir.
Sualım:
1 )Sənəddə aylıq ödəniş 20.70 AZN göstərildiyi halda, 35 AZN hardan yaranıb?
2 )Mən artıq iki aylıq ödənişi etmişəm, bu halda cərimə nəyə əsaslanır?
3) Dediyiniz bu mehsul 5M VOLTAM VP-12 6 WAY GERMANY TYPE POWER STRIP 15.99 azna alınıb aylıq 35 azna necə olur ? Xahiş edirəm, məsələ araşdırılsın və mənə düzgün məlumat təqdim edilsin.
Alınan məhsullar:
5M VOLTAM VP-12 6 WAY GERMANY TYPE POWER STRIP — 15.99 AZN
PSS DUALSENSE VOLCANIC RED — 159.99 AZN
Ümumi məbləğ: 194.60 AZN
İlkin ödəniş: 70.40 AZN
Aylıq ödəniş: 20.70 AZN..."
Geri qayıt |