Əsas Səhifə > Manşet / Gündəm > Naxçıvanda GİZLƏDİLƏN EPİDEMİYA: Minlərlə heyvan tələf olur...

Naxçıvanda GİZLƏDİLƏN EPİDEMİYA: Minlərlə heyvan tələf olur...


Bu gün, 10:45

Naxçıvanda sürətlə yayılan dabaq xəstəliyinin gizli saxlanılması minlərlə mal-qaranı tələf olmaq təhlükəsi ilə üz-üzə qoyub. Artıq, epidemiya səbəbindən yüzlərlə heyvanın öldüyü bildirilir.
Epidemiyanın yayılmasına səbəb isə, dabağın qarşısını alacaq vaksinasiya üçün ayrılan pulun yeyilməsi göstərilir. Bu haqda “Gündəlik Naxçıvan”a fermerlər məlumat veriblər.
Onların sözlərinə görə, aidiyyəti qurumlar tədbir görmək yerinə, məsələni ört-basdır etməyə çalışırlar.
Fermerlər bildirirlər ki, əslində pulsuz olan vaksinlərin vurulması üçün hər heyvan üçün onlardan 10 manat rüşvət tələb olunub. Heyvan sahibləri isə, rüşvət vermək istəmədiyindən vaksindən imtina olunub. Beləliklə, dövlət hesabına aparılmalı olan kütləvi vaksinlənmə baş tutmayıb.
Xəstəliyin ən çox yayıldığı yerlərdən birir Şərur rayonudur. Rayon sakini Yasin Səmədov deyir ki, bu xəstəlik ucbatından artıq iki inyəyi ölüb, digərləri isə ölmək üzrədir:
“Naxçıvanda iribuynuzlu heyvanlar üçün vaxtında vaksinasiya aparılmadığından dabaq dabaq xəstəliyi yayılıb v sürətlə artiır. Heyvanlar kütləvi şəkildə qırılmaq təhlükəsi ilə üz-üzədir. Şikayətimizə baxan yoxdur.
Zamanında yerli Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi dövlətin vaksinasiya üçün ayırdığı pulu yeyib, vaksinasiya aparmayıblar. İndi də rəsmi qaydada açıqlama vermək istəmir, məsələni ört-basdır edirlər.
Mal-qarada ağız və dırnaq nahiyəsində yaralar, ağız suyunun artması və iştahasızlıq halları müşahidə olunur. Artıq iki malım ölüb. Bir neçəsi də ölmək üzrədir. Məcbur qalıb özümüz vaksin alıb vurdururuq. Aidiyyətı qurumlardan xahiş edirik ki, məsləyə ciddi yanaşsınlar. Artıq Şərurun, Babəkin, Sədərəkin bəzi yerlərində xəstəlik sürətlə yayılır”
Babək rayonundan olan fermer Ceyhun Məmmədov da inəklərində dabbaq xəstəliyinin əlamətləri olduğunu bildirir:
“15 inəyim var. İkisində dabaq xəstəliyinin əlamətləri var. Biz də məcbur qalıb özümüz baytarlara pul verib vaksin vurdururuq. Dərmanı da, şprisi də özümüz alırıq. Hər inək üçün vaksinə 8-10 manat, şprisə 2 manat, dezinfeksiya üçün 2 manat pul veririk. Halbuki, Qida Təhlükəsizliyi Agentliyi və Naxçıvan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “epizootik xəstəliklərə qarşı dövlət proqramı” çərçivəsində illik planlı peyvəndləmə dövlət hesabına aparılmalıdır.”
Fermerlər aidiyyəti qurumlara müraciət edərək, təcili tədbir görülməsini tələb edirlər.

Geri qayıt