Əsas Səhifə > Manşet / Siyasət > Nizami rayonunda AĞACI DİVARA HÖRDÜLƏR...

Nizami rayonunda AĞACI DİVARA HÖRDÜLƏR...


Bu gün, 10:09

Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov heyrətləndirməyə davam edir. "DİA-AZ" xəbər verir ki, hər halda bu gün sözügedən rayonun ərazisində baş verən hadisələr belə deməyə əsas verir.

Bu foto Nizami rayonunda İmadəddin Nəsimi küçəsi 37 ünvanında müşahidə olunan mənzərəni əks etdirir. Bəli, gözləriniz sizi aldatmır.

Gözü doymayan icra başçısı Coşqun Cəbrayılov yəqin ki, bu tikiliyə icazə verəndə tapşırıb ki, ağacı kəsməsinlər.

Sağ olsun obyekt sahibləri... Başçını eşidiblər. Nə ağaca deyiblər, nə də tikinti planlarından keçiblər. Ağacı birbaşa divara hörüblər.

Yəqin ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova güvənən Nizami RİH şefi üçün bu fakt əhəmiyyətli deyil. Amma bu ölkədə yaşıllıqdan sorumlu qurumlar da var axı...

Məsələ diqqətimizdədir...


Geri qayıt