Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > AZƏRİQAZ-da AYRISEÇKİLİK: Kimin arxasında adamı varsa...
AZƏRİQAZ-da AYRISEÇKİLİK: Kimin arxasında adamı varsa...Bu gün, 11:15 |
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Azəriqaz İstehsalat Birliyinin işçisi Seva Nuriyevanın gileyini ictimailəşdirib. "DİA-AZ" olaraq həmin müraciəti təqdim edirik:
"İllərdir Xəzər rayonu üzrə çilingər vəzifəsində çalışıram. Böyük rayon olduğuna görə bizi ırazi üzrə "Xəzər 1" və "Xəzər 2" sahələrinə bölüblər. Bu bölgü zamanı mən "Xəzər 1" ərazisinə düşdüm. Vəzifəmiz çilingər olmasına baxmayaraq şöbə rəisimiz bizi idarədə otuzdururdu.
İndi deyir, əmr var: hamı əraziyə çıxmalıdır... Lakin bu əmr bizim idarədə yalnız orta və yaşlı nəslə aid qadınlar üçündür sanki... Gənclər isə idarədə oturur, yaşlı nəsildən olan işçiləri atırlar əraziyə...
Hətta əmrlə usta, mühəndis xanımlar da ərazidə olmalıdır Lakin cavan xanımlar oturub, orta yaşlı xanım mühəndisləri atıblar küçələrə.
Bizdə "104"ün telefonçular ştatını ləğv ediblər. Xanımları çilingər ediblər, hətta onlar belə əraziyə çıxmır ki bizi rəislərimiz qoymur.
Sualım var ƏMR məgər hamı üçün deyil? Niyə hər kəs əraziyə çıxmır? Kiminsə arxasında adamı var deyə at oynatmalıdır?"
"DİA-AZ" qeyd edir ki, bu gileyi qısaca şərh edən M.Qəhrəmanlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə istinad edərək (Maddə 16) giley olunan ayrıseçkiliyi qanunazidd hal kimi dəyərləndirib. NHMT sədri bildirib: "Əmək münasibətlərində ayrıseçkilik yolverilməzdir..."
Geri qayıt |