"Siyəzən ərazisində Siyəzənneft NQÇİ nin işçiləri üçün torpaq sahəsi ayrılıb ev tikirlər, amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya müraciət edən SOCAR işçisi Zamiq Əliyev daha sonra ilginc faktları açıqlamaqla yanaşı, konkret fotodəlilləri də təqdim edir.
Z.Əliyev sözügedən şirkətin işçilərindən birinə istinadla yazır: "Hörmətli, Mirvari xanım, həmin evi tikilən işçilərdən biri bu şəkilləri göndərdi və xahiş etdi ki Siz də məsələ ilə əlaqədar olaraq lazımı orqana müraciət edəsiniz...
Şikayəti odur ki tikilən daş çəpərlər üçün fundament atılmadan birbaşa torpağın üzərinə mişar daşlarını düzüb üzərindən çəpər çəkilir".
"DİA-AZ" olaraq qeyd edək ki, hər halda təqdim olunan faktlar konkret yeyintidən və büdcə pullarının qarət olunmasından xəbər verir.
Məsələ diqqətimizdədir...
Geri qayıt
|