Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvan təhsilində MALİYYƏ BÖHRANI...
Naxçıvan təhsilində MALİYYƏ BÖHRANI...8-10-2025, 10:50 |
Məzuniyyət pulunun verilməsindən yayınmaq üçün bu il Naxçıvanda müəllimlərlə cəmi 10 aylıq iş müqaviləsi bağlanılıb. Müəllimlər deyirlər ki, yerli Təhsil Nazirliyi bunu maliyyə çatışmazlığı ilə əlaqələndirir.
Şikayətçilərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, daimi ixtisas üzrə dərs deməyən müəllimlərlə müqavilə daha az müddətə bağlanıb:
“Əvvəllər daimi ixtisas üzrə dərs tədris edən müəllimlərlə müddətsiz, digərləri ilə bir illik müqavilə bağlanırdı. Bu il bütün müəllimlərlə elektron qaydada 10, bəzi müəllimlərlə 9 ay müddətinə müqavilə bağlanıb. Müqavilə bir illiyinə bağlananda 10 ay işələyib, iki ay məzuniyyətdə olurduq. Hazırkı müqavilə ilə məzaunuyyət vaxtı müqaviləmiz bitir. Belə çıxır ki, 2 aylıq məzuniyyət pulundan məhrum olacağıq.”
Müəllimlərdən N. Süleymanov üç ay maaşsız qalacağından narahatdır:
“Ötən dəfələr bir illiyinə müqavilə bağlamışdıq. Bu ilki müqaviləm vaxtı məzuniyyət başlayanda bitir. Kasıb adamam, banka da borcum var. Maaşı alıb yarısını banka verirəm. Arada maaşların yubanması bizi çox ziyana saldı. Əgər, müəllimlərə gələn il məzuniyyət pulu verilməssə, bu hamımız üçün fəlakəti deməkdir.”
Geri qayıt |