Əsas Səhifə > Manşet / Gündəm > Bakıda Ana Təbiətin ANASINI AĞLADANLAR...
Bakıda Ana Təbiətin ANASINI AĞLADANLAR...8-10-2025, 07:36 |
Əhməd bəy Ağaoğlu küçəsində 20 ədəd iri gövdəli və sağlam eldar şamı ağaclarının kəsilməsi ictimailəşəndən sonra aidiyyəti dövlət qurumları ağacların kəsilməsinə iki fərqli səbəb göstərsələr də, heç biri dediklərini təsdiqləyəcək rəsmi rəyi təqdim edə bilməyiblər. Tribunainfo.az xəbər verir ki, Əhməd bəy Ağaoğlu küçəsində Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarının köməyi və müşayəti ilə 20 ədəd iri gövdəli eldar şamı kəsilərək ərazidən uzaqlaşdırılıb. Məlumata görə, ağacların məhv edilməsi “Yaşıllaşdırma Təsərrüfatı Birliyi”nin tabeliyində olan briqadalar tərəfindən həyata keçirilib. Sözügedən məsələ ilə bağlı Pravda.az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildirilib ki, əraziyə ekspertlər tərəfindən baxış keçirilib. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi isə 20 ədəd eldar şamının kəsilməsinə səbəb kimi ağacların qurumasını göstərib. Birlik açıqlamasında qeyd edib ki, sözügedən ərazidə qurumuş ağaclar müvafiq dövlət qurumunun rəyi əsasında bir müddət öncə götürülüb. Halbuki Dövlət Ekoloji Ekspertiza Agentliyi ağacları müəyyən xəstəlik səbəbindən kəsildiyini bildirmişdi. İki dövlət qurumunun kəsilən 20 ədəd ağacla bağlı bir-birindən fərqli açıqlamaları müəyyən şübhələr yaradıb. Şübhəyə səbəb həm də bu iki dövlət qurumunun verdikləri açıqlamanı təsdiq edəcək rəsmi rəyi təqdim etməmələridir. Dövlət Ekoloji Ekspertiza Agentliyinin də, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin də “müvafiq sənəd”in, və ya “rəy”ini təqdim etməyə hazırıq. Təbii ki, əgər belə bir “rəy” varsa. Həmçinin kəsilmiş 20 ədəd eldar şamının gövdəsinin qalınlığından və formasından məlum olur ki, kəsilərək məhv edilən ağaclar heç də qurumuş ağaclar olmayıb. Köklər nə qurumuş ağac köküdür, nə də xəstəlik olan ağacın kökü. Geri qayıt |