Əsas Səhifə > Manşet / Siyasət > Bir məhsulu sifariş edirsən, əvəzində başqasını göndərirlər...

Bir məhsulu sifariş edirsən, əvəzində başqasını göndərirlər...


Bu gün, 09:51

"Kontakt Home-a müraciət edirəm: Zəhmət olmasa, əməkdaşlarınıza bir az texniki bilgi verin... xususən də şikayətlə maraqlanan şöbənin işçilərinə..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nazim Mamedov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra yazır: "Saytdan "online" olaraq telefon sifariş edilib. Amma saytda göstərilən xusiyətlərdə yox, aşağı cpu ilə olan modeli göndəriblər.
Saytda qeyd olunub ki, prosessor növü "snap 6 gen 3"... Göndərilən cihazda isə "snap 685"dir.
Əməkdaşınıza bir saat başa sala bilmədim. Qutu-flan açılmayıb... "online" sifariş olunub, çatdırılma ilə.
Gördüm, başa sala bilmirəm, dedim, eybi yox. Gəlin, məhsulu geri götürün... deyir, yaxınlaşın filiala... Deyirəm, olduğum yerdə yoxdur mağazanız, ona görə də "online" sifariş etmişəm... deyir, qaytara bilmərik..."


Geri qayıt