Əsas Səhifə > Manşet / Hadisə > Tualet kağızı alıb reklam edən nazir...
Tualet kağızı alıb reklam edən nazir...6-10-2025, 09:54 |
"Naxçıvan səhiyyə naziri Samiq Sadıxov olmayan işlərin, fəaliyyətdə olmayan müəssisələrin reklamın elə aparır ki, hərdən öz əməkdaşları məətəl qalır, bu işləri kimlərin harada etdiyindən baş aça bilmirlər". "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında jurnalist Sima Babayeva qeyd edib.
O daha sonra bunları bildirir: "Son paylaşmalarında tualet kağızını belə çəkib paylaşan bu nazir görəsən bəzi təyinatlarını niyə ictimaiyyətdən gizlədir?
Kimdən və nədən çəkinir? Bütün növ qanunsuzluqlara əl atan və “mənə heç kim heç nə edə bilməz” deyərək lovğalanan nazirin bu təyinatları gizlətməsinin səbəbi o ola bilər ki, onun çəkindiyi şəxslər var. Bu adamların kimliyini kaş bilən olardı, deyərdi, biz də “hörmətli nazirimiz”in etdiyi qanun pozuntularını o adama çatdıraq ki, bir tədbir görülsün.
Naxçıvan Səhiyyə Nazirliyində yüksək post olan inzibati vəzifəyə Samiq Sadıxov özünə yaxınlığı ilə seçilən bir həkimi təyin edib. Adı böyük yeyintilərdə və korrupsiya hallarında hallanmış başqa birini isə Naxçıvan Sağlamlıq Mərkəzinə yüksək vəzifəyə təyin edib.
Tualet kağızı alıb reklam edən nazir (sənəddə üçqat göstərib ikiqat kağız qəbul edən, sayları əskik qəbul edən) nəyə görəsə hər iki yüksək vəzifəyə təyinat barədə ictimaiyyətə heç bir açıqlama verməyib.
“Düşmənimin dostu düşmənimdir” prinsipi ilə Naxçıvanda səhiyyəni bərbad hala salıb bataqlığa aparan Samiq Sadıxovun “xarüqə”ləri bununla bitmir. Onun muxtar respublikada hansı qanunsuzluqlar etdiyi barədə bir neçə dəfə faktlarla yazmışdıq.
Deyəsən qanunçuluğu qorumalı olan səlahiyyətli şəxslər qanun pozuntusu faktlarına qarşı heç bir tədbir görmək istəmirlər. Görək bu dəfə nə deyəcəklər..."
Geri qayıt |