Əsas Səhifə > Manşet / Siyasət > `Döşü medaldan ötrü qərifsəyənlər`... ZAQATALAYA DA GEDİBMİŞ...
`Döşü medaldan ötrü qərifsəyənlər`... ZAQATALAYA DA GEDİBMİŞ...Bu gün, 09:08 |
Bir sözlə, biabırçı durum məmuriyyətin sinirlərinə qədər işləyə bildiyindən əslində, çox ciddi və təhlükəli xəstəlik olan bu şəbəkə bu vaxta qədər rahatlıqla inkişaf edə bilib. Nəhayətdə işə polis qarışınca. Həbslər barədə isə məlumatlısınız. Biz isə "DİA-AZ" olaraq yeni məlumatı təqdim edirik. sən demə, məşhur filmdə deyildiyi kimi, "döşü medaldan ötrü qərifsəyən Mayıf Qasımlar" sırasında Zaqatala rayon icra hakimiyyətinin rəhbərliyi də var imiş. Ən azından icra başçısı Mübariz Əhmədzadə cənabları bu yolla mükafatlandırmalar həyata keçirib, gəlib gedənin yaxasını saxta orden və medallarla bəzəyib.
Sözsüz ki, bu QIZIL ÜRƏK icra başçısına ucuz başa gəlməyib. Elə polisimiz də bunu araşdırır. Yəqin ki, bu ölkədə ürəyi "qızıldan olan" neçə-neçə məmurlar, iş adamları var ki, indi həmin "təltiflərini" gizlətməyə yer axtarırlar və yaxud da artıq çoxdan zibilxanaya tullayıblar... Geri qayıt |