Əsas Səhifə > Manşet / Cəmiyyət > "Baku Elektroniks" mağazalar şəbəkəsi cəngəllik qanunları ilə idarə edilir

"Baku Elektroniks" mağazalar şəbəkəsi cəngəllik qanunları ilə idarə edilir


26-09-2025, 10:41

Azərbaycanda bir var mağazalar şəbəkəsi, bir də, var mafiya şəbəkəsi. Deyəsən, bəzi mağazalar şəbəkəsi təyinatını unudub və özünü mafioz qruplaşma sayır. Amma Azərbaycanda mafiya qurmaq istəyənlərin aqibəti bəllidir - 4 divarlıq hücrə. Dövlət baba heç zaman vətəndaşına qarşı hərbə-zorba gələnləri əfv etmir və qanunla cəzalandırır. Ona görə "burda mənəm, Bağdadda Saeid Nakhjavani" düşüncəsində olanlar ciddi şəkildə yanılırlar. Bəs deyə bilərsiniz ki, kimdir bu Saeid Nakhjavani? Biz yazaq, siz oxuyun.
Rubrika.Az xəbər verir ki, bu ad ölkədə olduqca az səslənir. Hətta çoxu bu adı ilk dəfə eşidir. Amma onun rəhbərlik etdiyi mağazalar şəbəkəsini isə demək olar ki, hamı tanıyır. Nə hikmətdirsə, Nakhjavani özünü arxa planda gizlətməyə üstünlük verib, yaxud bunu bacarıb. Söhbət onun direktoru olduğu "Baku Elektroniks" mağazalar şəbəkəsindən gedir.

Həlləm-qəlləm hesablaşma

Araşdırmamız zamanı məlum oldu ki, şirkət “NAB Holding”ə daxildir. Hətta bu yay üzə çıxıb ki, Nakhjavaniyə məxsus "VVAFT Coffee” Məhdud Məsuliyyətli Cəmiyyətinə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Yəni həlləm-qəlləm hesablaşma da demək mümkündür.

"Baku Elektroniks,, da Xüsusi təyinatlı " şantajist " qızlar...

O ki qaldı onun mağazalar şəbəkəsinə, "Baku Elektroniks" həqiqətən mafioz şəbəkə kimi davranır. Belə ki, 1500-ə yaxın əməkdaşı olduğunu deyən şirkət sanki bir banda saxlayır. Çünki onlar özlərini qoçu dəstəsinin üzvü kimi hiss edirlər. Elə o səbəbdəndir ki, krediti 5-10 gün gecikən müştəriyə zəng edərək hədə-qorxu gəlir, təhdid edirlər. ,, Xüsusi təyinatlı " qızlar saxlaylrlar ki vətəndaşın nəinki özünə yaxınlarına , iş yerinə zəng edərək nəlayiq şəkildə təhqir edirlər. Təsəvvür elə, hansısa ütü, qabyuyan satan dükanın işçisi də vətəndaşa xox gəlirdi. Burda deyərlər, ölmüşdü Xankişi.
Di gəl "Baku Elektroniks" nə qədər həddin aşıb ki, bütün qaydaları pozaraq müştəriləri hədələyir. Halbuki kredit yubananda ən yaxşı halda mədəni formada xəbərdarlıq etmək olar ki, ödəniş etsin. Söhbət bir neçə günlük gecikmədən gedir. Əgər aylarla yubanma varsa, bunun üçün müqavilədə olan öhdəliklərə və qanunvericiliyə uyğun addım atıla bilər. Yəni heç bir halda müştərini təhdid etmək, şantaj etmək yolverilməzdir. Amma Saeid Nakhjavaniyə aid mağazalar şəbəkəsi cəngəllik qanunlarına üstünlük verir. Yəni bir neçə gün ödənişdə yubanmaya görə müştərini məhkəmə ilə hədələmək, məhsulun müsadirə olunacağı təhdidi yağdırmaq , müştırini təhqir etmək ,şirkət əməkdaşı üçün cinayət məsuliyyəti yaradır.
Üstəlik, haqsız rəqabətə yol verməklə rəqabət qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə elektronika və məişət texnikası mallarının satışını həyata keçirən bu subyekt barəsində dəfələrlə iş qaldırılıb, amma dərs olmayıb. Yəni "Baku Elektroniks" dəfələrlə qaydaları pozub, mətbuatda saysız - hesabsız müştəri şikayətləri var, bununla belə özlərini reputasiyası təmiz MMC kimi aparırlar. Elə rəhbərinə sanksiya qoyulmasından görünür...

Rubrika.Az


Geri qayıt