Əsas Səhifə > Manşet / Sosial > Bakı Apellyasiya Məhkəməsində SAXTA DİPLOMLU HAKİM...
Bakı Apellyasiya Məhkəməsində SAXTA DİPLOMLU HAKİM...26-09-2025, 09:46 |
Son dövrlərdə adı diplom məsələsi ilə gündəmə gələn hakim Xəyalə Cəmilova karyerasında sürətli irəliləyiş göstərir. Hazırda Bakı Apellyasiya Məhkəməsi-nin hakimi olan X.Cəmilovanın növbəti təyinatı Ali Məhkəməyə ola bilər. X.Cəmilova 2017-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsi-ndən Bakı Apellyasiya Məhkəməsinə təyin olunub. Lakin onun adı mediada diplom məsələsi ilə də hallanıb. Belə ki, məlumatlara görə, X.Cəmilova “YUJDAQ” İnstitutunu bitirib və həmin institutun diplomları Azərbaycan Respublikasında rəsmi olaraq tanınmır.
Bu kontekstdə X.Cəmilovanın məhkəmə sistemində, xüsusilə Ali Məhkəmədə işləməsi bir sıra ictimai suallar doğurur. Bir tərəfdən, hakimlərin təcrübəsi və peşəkarlığı önəmli amildir, digər tərəfdən isə təhsil sənədlərinin qanuni statusu və məhkəmə etikasının təminatı məsələləri ictimai maraq doğuran nüanslardır. Maraqlıdır ki, X.Cəmilovanın karyerası həm sürətli, həm də mübahisəli bir trayektoriya üzrə davam edir. Bu isə hüquq sistemində şəffaflıq və kriteriyalara uyğunluq məsələlərinə dair ictimai diskussiyaları təzələyir. Hər halda, biz açıq mənbələrdə xanım hakimin avtobioqrafiyasını tapa bilmədik. Ümid edirik ki, Ali Məhkəmənin sədri, hörmətli İnam Kərimov bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyacaq. Yazıda adları çəkilən hər kəsin mövqeyini verməyə hazırıq. AFN.az Geri qayıt |