Əsas Səhifə > Manşet / Hadisə > Bilmək olmur... məmurdur, ya biznesmen?
Bilmək olmur... məmurdur, ya biznesmen?Bu gün, 09:38 |
Ötən yazımızda Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının sədri Habil Alıyevin (Alısoy) əlaqədar qurumla bağlı özlərinə rüşvət çetesi yaratmaq üçün etdikləri əməllərə toxunmuşduq. Yazmışdıq ki, Habil Alıyev atdığı addımları yerliçilik və bölgəçilik sütunları üzərində qurur. Bu, o demək deyil ki, gədəbəylilərin qeydinə qalır. Şəxsi mənafeyinə uyğun olduğu təqdirdə maddiyyat naminə dövlətin qurumlarını öz şəxsi ambisiyaları doğrultusunda idarə edir.Sən demə O, yağ-pendir istehsalı ilə məşğul olan bir şirkətin sahibi, özüylə “Yelobank”da bərabər işləmiş Vüsal Əhmədovun (Habil onu özüylə bərabər Gədəbəyə şöbə müdiri olaraq aparsa da o, qeyri rəsmi olaraq regional filialın digər rayonu olan Şəmkir Məşğulluq Mərkəzində müdirlik edib) ticarət əlaqələrindən də gəlir əldə edirmiş.Onun kadrı indiyə qədər işlədiyi regionların bütün ərazilərinin bir çox nüfuzlu marketlərdə öz şirkətinin yağ-pendir məhsullarının (“Holland pendiri”, “Brınza” adı ilə) dağıtımı ilə məşğulmuş və Habilə bu biznesindən faiz verirmiş.Habil Alıyev eyni zamanda bu yaxın vaxtlarda dövlət işini unudub, iş saatlarında belə Sabirabaddakı obyektinin problemlərı ilə məşğul olurmuş. Vətəndaşlar onun ticarət marağının qurbanına çevrilib. Adam eyni zamanda Türkiyə ali məktəblərinə yalnız attestat ilə imtahansız qəbul qarşılığında da pul qazanmaqla məşğuldur. Millətin gələcəyi ilə oynayır. Görünür, özü də yəqin vaxtilə oxuduğu Türkiyə Qazi Universitəsinə imtahandan yan ötməklə qəbul olunubmuş.Hələ ki, Habil Alıyevin işləri necə deyərlər, yağ kimi gedir. Görəsən, bu ölkədə elə bir ədalət keşikçisi tapılacaqmı ki, məşhur “Böyük Dayaq” bədii filmində deyildiyi kimi, o yağı qurğuşun eləyib töksün onun boğazına?GundemXeber.AzGeri qayıt |