Əsas Səhifə > Manşet / Gündəm > Yerli turistlər üçün `VADİ TRAVEL` tələsi...
Yerli turistlər üçün `VADİ TRAVEL` tələsi...Bu gün, 11:02 |
"Yay aylarında, təxminən 15 il sonra, təriflər yağdırılan turizmin inkişafını görmək məqsədi ilə Zaqatala-Qax turuna qoşulmağa qərar verdik. Bunun üçün istagramda qarşımıza çıxan "Vadi Travel"lə əlaqə saxladıq. "VIP" nəqliyyat vasitəsi, super servis, əyləncə və s. sözlərinə aldandıq. Ödənişi olundu. Fikrimcə qiymət Azərbaycan üçün heç də aşağı deyildi (adambaşı 220 manat, düz yadımda qalıbsa, 1 gecə, 2 gün).." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: ""VIP" nəqliyyat 40 ilin avtobusu çıxdı.
Tur başlayan kimi məlum oldu ki kondisioner avtobusun yarısına qədər işləyir, digər yarısındakı sərnişinlər 40 dərəcə temperaturda birtəhər getməlidir.
"Yaxşı yerlər" tanışlıq vasitəsi ilə verilirmiş.
Sürücü bir əli ilə telefon, video konfranslara qatılır, o biri əli ilə isə siqaret çəkir. Sükanı kim idarə edir? Düzdür, heç kim, aradabir, siqaret damağa gedəndə.
Bələdçilər başqa dərd.
Yol qırağındakı kafelər, şərait, otel-filan daha heç demirəm.
Ən dəhşətlisi də etiraz edəcək heç kimin olmaması.
Bütün gözləntilərimizi 0-a endirim tura qatılsaq da, mənzərə təsəvvür etdiyimizdən də dəhşətli idi.
Turun müsbət tərəfi o oldu ki, Azərbaycandan çıxmağımıza bir daha şükür etdik..."
Geri qayıt |