Əsas Səhifə > Manşet / Sosial > İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi...

İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi...


Bu gün, 12:18

Şəki rayonun Baş Göynük kənd sakini, 44 günlük müharibə iştirakçısı, qazi - işsiz Yusibov Elməddin Namiq oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Mən Yusibov İntiqam Namiq oğlu Şəki rayonu Baş Göynük kəndində anadan olmuşam. 2018-ci ildə Şəki Şəhər Qaz İstismar idarəsində işə girmişəm. 2025-ci il sentyabrın 6-sında işimə xitam verilib. Ailədə yeddi nəfərik. Hamısı işsizdir. Bir mən işləyirdim. Məni də heç bir xəbərdarlıq etmədən, səbəb göstərmədən rəhbərlik işdən çıxartmışdır. Ailəliyəm bir azyaşlı evladım var, o da xəstədir. Qardaşım Yusibov Elməddin Namiq oğlu 12 il xususi təyinatda işləyib. Müharibədə aldığı ciddi yaralardan səhhəti əl vermədiyi üçün işdən azad etmişdilər. İndi də əlilliyin ala bilmir. Atam Yusibov Namiq Nəsib oğlu xəstədir yeriyə bilmir. Çanaqdan əməliyyat olunmalıdır. 12000 manat əməliyyataına pul lazımdır. Vəziyyəti pisdir. 2 qardaşım var ikisi də işsizdir.

Qardaşım Elməddin 2020-ci ildə Qarabağın azad edilməsi uğrunda başlanmış müharibə zamanı cəbhəyə yola düşüb və XTQ sıralarında axıradək döyüşüb. Doğrudur, aldığı yaralaradan indi də əziyyət çəkir, sağlamlığını da qismən itirib.

Doğrudur, ailəmiz əvvəllər 5-6 baş qoyun, 3-4 baş mal-qaramız olardı. Babat dolanardıq. Onları da qardaşım XTQ əsgəri Elməddinin aldığı ciddi yaraların sağalması üçün satıb müalicələrə xərclədik.

Məni səbəbsiz yerə işdən çıxarmaları barədə həm Qaz İdarəsi rəhbərliyinə, həm də Şəki İH-nin başçısının qəbulunda oldum. Bizlik deyil deyib başdan etdilər.

Bir daha xatırladım ki, işlədiyim 7 il ərzində heç vaxt bir dəfə də olsun xəbərdarlıq belə almamışam. Mənimlə birlikdə ixtisara salınan iş yoldaşlarının hamısı kasıb və adamsız insanlardır.

Ona görə də, cənab Prezident, birbaşa Sizə müraciət etmək zorunda qaldım. Sizdən çox xahiş edirəm ki, mənim heç olmasa növbəti 1 il üçün işimi davam etdirib onsuz da ağır əziyyətdə yaşayan ailəmi bu qışdan çıxarmaq üçün digər yerlərə iş barədə baş vurmağa vaxt tapmaq istədiyimi nəzərə alaraq işimi müvəqqəti də olsa davam etdirməyimə köməklik edilməsinə göstəriş verəsiniz".


Geri qayıt