Əsas Səhifə > Manşet / Sosial > O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır...

O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır...


Bu gün, 10:38

Naxçıvan şəhər Məhkəməsinin hakimi Aslan Heydərov universitet müəllimi Aysel Quliyevaya qarşı sifarişli işi icraata götürməkdən imtina edib. Ötən həftə isə, məhkəmənin hakimi Gülsüm Əliyeva həmin işə baxmaqdan imtina etmişdi.
Söhbət NDU rəhbərliyinin müəllim Aysel Quliyevanı demədiyi sözə görə məhkəməyə verməsindən gedir. Hakim Aslan Heydərov da məhz bu məqamı əsas gətirərək, işi icraata götürməkdən imtina edib. O, qərarını bu cür əsaslandırıb:
„… şikayətçinin təhqir hesab etdiyi “Gündəlik Naxçıvan” səhifəsindəki yazıların məhz şikayət olunan şəxs (red.: Aysel Quliyeva) tərəfindən yazılmasını təsdiq edən sübutlar şikayətə əlavə edilməmişdir.“
İcraata götürülməyən bu absurd şikayəti tərtib edən isə şikayətçinin müdafiəçisi, Naxçıvan Vəkillər Kollegiyasının sədri Vüsal Həsənovdur. O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır.
Məhkəmə çəkişməsinə kimi gəlib çıxan hadisənin qısa xatırlatması:
Təxminən bir ay öncə səhifəmiz NDU Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yaymışdı. Müraciətdə dekan müanivi Abbas Əhmədovun tələbələri döydüyü, təhqir etdiyi bildirilirdi. Tələbələr, universitet rəhbərliyinin aqressiv dekanı cazalandırmaq yerinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxardığını bildirmişdilər.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək, məhkəməyə şikayət etmişdi. Şikayət olunan şəxsin- Aysel Quliyevanın isə, müraciətin yayılması ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, Naxçıvan şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva dekan müavininin şikayətini qəbul etmişdi. Məsələ ictimailəşdikdən sonra hakimin bu hərəkəti ciddi ictimai qınağa səbəb olmuşdu. Bu qınağı nəzərə alan hakim, elə ilk iclasdaca işə baxmaqdan imtina etmişdi. Bundan sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova həvalə olunmuşdu.
“Gündəlik Naxçıvan”

Geri qayıt