Əsas Səhifə > Manşet / Hadisə > Emin Əmrullayevin nazirliyi artıq məhkəmələri də saymır...
Emin Əmrullayevin nazirliyi artıq məhkəmələri də saymır...Bu gün, 09:02 |
"Bu ilin may ayında paytaxtın 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyeva müəllimləri məcbur edirmiş ki, məhkəmədə direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etsinlər. Müəllimlər Xəzər tv-yə bildiriblər ki, buna etiraz etdikləri üçün direktor tərəfindən mütəmadi olaraq hədələniblər..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında keçmiş millət vəkili Etibar Əliyev qeyd edib.
Sabiq deputat daha sonra bunları bildirib: "Xatırladıram ki, Afaq Əliyeva Gəncəda məktəblərin birində yol verdiyi ciddi nöqsanlara görə Nazirlik onu Gəncədən qaçırdıb Bakıya gətirdi. Elm və təhsil nazirliyi belələrini dar ayaqda qoymaz. Axı o da şəbəkə üzvüdür....
XXI əsrin təhsilində məktəb direktoru müəllimləri üzə durmağa məcbur edir. Afaq Əliyevanın səs yazısı sosial şəbəkələrdə geniş yayılmasına baxmayaraq nazirlik onun haqqında heç bir ölçü götürmədi. Və ayağı yer alan direktor məktəbdə 20 ildən çox müddətdə çalışan üç müəllimi eyni vaxtda işdən çıxardı. Həmin müəllimlər Xəzər TV-yə iddia edirlər ki, işdən çıxarılmalarına səbəb direktor Afaq Əliyeva ilə bağlı müvafiq qurumlara şikayət etmələridir.
Emin məllimin sevimli məktəb direktoru adının hallandığı 4 məhkəmə işinin hər birini uduzub. Görsənir ki, nazirlik artıq məhkəmə qərarlarını da saya salmır. Emin məllim Gəncə təhsilini viran qoyan Aqrar Universitetin məzunu Anar Qədiməliyev kimi birisini böyüdüb Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini gətirdi. Eyni şəbəkədir..."
Geri qayıt |