Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvanda TARİX YAZIRLAR: Müəllim demədiyi sözə görə məhkəməyə verildi

Naxçıvanda TARİX YAZIRLAR: Müəllim demədiyi sözə görə məhkəməyə verildi


Bu gün, 10:43

Naxçıvan Dövlət Universitetinin dekan müavini, “Gündəlik Naxçıvan”da şərəf və ləyaqətini alçatdığı iddiası ilə müəllim Aysel Quliyevanı məhkəməyə verib. Halbuki Aysel Quliyeva onunla bağlı mətbuata heç bir açıqlama verməyib. Buna baxmayaraq, Naxçıvan şəhər Məhkəməsi dekan müavininin şikayətini qəbul edib və sentyabrın 2-nə iclas təyin edib.
İşi aparacaq hakmi isə, sifarişli qərarlar çıxarmaqda adı hallanan Gülsüm Əliyevadır.
Bir neçə gün öncə səhifəmiz NDU Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yaymışdı. Müraciətdə dekan müanivi Abbas Əhmədovun tələbələri döydüyü, təhqir etdiyi bildirilirdi. Tələbələr, universitet rəhbərliyinin aqressiv dekanı cazalandırmaq yerinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxardığını bildirmişdilər.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək, məhkəməyə şikayət edib. Şikayət olunan şəxsin- Aysel Quliyevanın isə, müraciətin yayılması ilə heç bir əlaqəsi yoxdur.
Aysel Quliyevanın yaxınları məhkəmənin bu şikayəti icraata götürməsini gülünc hesab edirlər:
“Hüquq-mühafizə orqanları dərhal müdaxilə edib, araşdırmalıydılar ki, Adil müəllim tələbələri niyə döyür, niyə təhqir edir. Bunun yerinə, müraciətin yayılmasından xəbərsiz olan Ayseli məhkəməyə verirlər. Bu, artıq absurddur. Tələbələri bu aqressiv müavindən qoruduğuna görə Ayseli işdən çıxarmaları yetmədi, indi də məhkəmə ilə cəzalandırmaq istəyirlər. Guya, mətbuatda bunun şətəf və ləyaqətini alçaldıb.
Tələbələri döyən, üzərlərinə bağırıb təhqir edən, pilləkəndən aşağı tullayıb, şikəst edən biri hansı şətəf və ləyaqətdən danışa bilər? Hakim hansı ağılla bu işi icraata götürüb, niyə gedib onun öz əməllərini araşdırmırlar. Universitet dekan müavinini işdən qovmaq yerinə, bu yolla öz imicini qurtarmağa çalışır. Yəqin bir-birinin yanında gözləri kölgəlidir. Naxçıvan şəhər məhkəməsindən isə, heç bir ədalət gözləmirik.”
Naxçıvan şəhər məhkəməsi bu il ərzində məmurlara rüşvətxor deyən, təhsil sistemində rüşvət və korrupsiyanı ifşa edən bir neçə nəfərin cəazalandırılması ilə bağlı qərar çıxarıb. Onlardan biri, Kərim Seyidov bu qərara etiraz olaraq, məhkəmə binasında sirkə içməklə intihara cəhd etmişdi.
“Gündəlik Naxçıvan”

Geri qayıt