Əsas Səhifə > Manşet / Gündəm > Zaur Mikayılovun işçisi BELƏ İFŞA OLDU

Zaur Mikayılovun işçisi BELƏ İFŞA OLDU


Bu gün, 04:24

Göyçay Su Meliorasiya Sistemləri idarəsinin fəaliyyətindən daha bir şikayət dolu məqaləni "DİA-AZ" olaraq sizlərə təqdim edirik.
Məqalədə deyilir: "Rayonun Əlikərim küçəsi, dalan 8 ünvanında yaşayan rayon sakinləri ərazidən keçən suvarma arxının bərbad vəziyyətdə olmasından çox narahat olduqlarını bildirirlər. Sakinlər qeyd edir ki, uzun illərdir ki, bu arxda nə təmizlik işləri aparılır, nədə qazıntı.
Bizdə sakinlərin şikayəti əsasında əraziyə baxış keçirdiyimiz zaman görünən mənzərə həqiqətəndə bizi məyus etdi. Çünki şəhər ərazisindən keçən və rayonun bir neçə küçə və kəndlərinə gedən suvarma arxının bu vəziyyətdə olması, Göyçay Su Meliorasiya Sistemləri idarəsinin rəisi Sadiq Məmmədovun necə fəaliyyət göstərməsindən xəbər verir. Bizdə öz növbəmizdə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin sədri cənab Zaur Mikayılova müraciət edərək xahiş edirik ki, Göyçay rayonu üzrə kamisiya ayrılaraq bu kimi ərazilərdə yoxlamalar aparılsın və Sadiq Məmmədovun fəaliyyəti aşkarlanaraq barəsində qanuna müvafiq tədbirlər görülsün.

Geri qayıt