Əsas Səhifə > Manşet / Güney Press > NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib?
NƏ BAŞ VERİR: TƏBİB rəhbərliyi etimadı itirib?Bu gün, 16:18 |
Anti İnhisar və İstehalak Bazarına Nəzarət Dövlət Xidməti TƏBİB-in balansında olan xəstəxanaların keçirdiyi tenderləri ləğv edib. Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb. Belə ki, Dövlət Xidməti Ağdam, Ucar və Zərdab Mərkəzi Xəstəxanalarının elan etdiyi tenderlərə yox deyib. Bundan başqa, dövlət qurumu İnnovasiya və Təchizat Mərkəzinin Respublika Klinik Xəstəxanasının 1-ci korpusunun tikintisi ilə bağlı layihə-smetanın hazırlanması prosesinə də stop qoyub. Həmçinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu da prosesdən kənarda qalmayıb. Elektrik və bəzi maşın avadanlıqlarının satın alınması üçün elan edilmiş tender ləğv edilib. Paralel olaraq “Xəzər” Tibb Mərkəzinin mal və məhsullar almaq üçün elan etdiyi tender də rədd cavabı alıb. Toplam 6 tenderin ləğvini şərtləndirən səbəb “Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulmasıdır. Geri qayıt |