Əsas Səhifə > Manşet / Ölkə > "Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..."

"Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..."


Bu gün, 11:18

" "Starex kargo" şirkətindən şikayətçiyəm". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Təranə Həsənova adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "2025-ci il avqustun 19-da bağlamam ölkəyə çatdırıldıqdan sonra kuryer mənimlə əlaqə saxlayaraq ünvanı dəqiqləşdirdi. Mən isə ünvanı tam şəkildə — Binəqədi rayonu, təqdim etdim və əlavə olaraq konum da göndərə biləcəyimi bildirdim. Buna baxmayaraq, kuryer "Yox, gec olacaq, nəysə, aparıram anbara" deyərək kobud şəkildə telefonu üzümə bağladı. Daha sonra şirkətin Instagram səhifəsinə yazaraq vəziyyəti izah etdim. Cavab olaraq bağlamanın "təxmin edilən son tarixdə çatdırılacağı" bildirildi. Halbuki, bağlama artıq 19-dan anbarda idi, sadəcə məqsədli şəkildə son vaxta saxlanılırdı.
Ən əsəbi məqam odur ki, şəxsi gündəlik ehtiyacım üçün ayırdığım pulu kontur yükləyib şirkətə zəng etdim, lakin operator mənə hər dəfə standart cavab verərək məsuliyyətdən yayınmağa çalışdı: “Bilmirik, ən qısa zamanda çatdırılacaq.” deyərək telefonu üzümə bağlad. Bu cür hörmətsiz və məsuliyyətsiz davranışı qəbul etmirəm. Müştərilərlə belə kobud və laqeyd rəftar kargo sektorunda yolverilməzdir. Sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı araşdırma aparasınız və müvafiq tədbirlər görəsiniz. Artıq bağlamamı ala da bilmirəm bu məni çox narahat edir. Əminəm ki, məhsulumu ya itiriblər ya da mənimsəyiblər..."

Geri qayıt