Əsas Səhifə > Manşet / Hadisə > Burda hansı qanunlar işləyir?..
Burda hansı qanunlar işləyir?..Bu gün, 09:14 |
"Avtomobil alarkən salonlarda daxili kredit necə tənzimlənir?" deyə sual edən narazı vətəndaş konkret olaraq "Okean" avtosalonunda üzləşdiyi problemlə bağlı "Müştəriyəm Şikayətim Var" sosial qrupunda məsələ qaldırıb. "DİA-AZ" həmin müraciəti olduğu kimi təqdim edir:
"OKEAN Avtosalon - okean.az -dan avtomobil almışıq.
Onlar bizə tövsiyə etdilər ki, 36 aya böldürün, birdən gücünüz yetməz ağır məbləğlər ödəməyə, özünüzü sığortalamış kimi edin. Əgər ağır məbləğlər ödəsəniz yenə də öz xeyrinizədir.
36 ayı nəzərə alsaq mən ayda 950 manat ödəməliyəm. Bu ay 4000 manat ödəmişəm. 36 ayın 4-ünü silirlər. Mən ana məbləğin nə qədər qaldığını, ayda 4000 ödəsəm nə vaxta bitəcəyini deyirəm. Mənə ağıl almaz sözlər deyirlər: "Sən ödə, nə vaxt bağlamağı düşünsən güzəşt olunacaq, o vaxtın faizini ödəyəcəksən." Deyirəm nə qədər gətirim ki, bağlamağa. Deyir biz onu görə bilmirik. Yəni, normal bank sistemindəki kimi şəffaflıq yoxdur.
Bunun həll yolu nədir, nə edə bilərəm, necə edə bilərəm? Müştəri olaraq, istənilən an, ana məbləği bilmək hüququm var. Mən Kontakt Home, Baku Electronics kimi məhsulun öz qiymətinin kreditə bölünməsi kimi rəftar görürəm. Lakin avtomobili alarkən danışığımız belə olmamışdı. Müştəri hüquqlarımın pozulduğunu düşünürəm. Kim bu mövzuda mənə yardım edə bilər?.."
Geri qayıt |