Əsas Səhifə > Manşet / Siyasət > "Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!"

"Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!"


Bu gün, 09:34

"AAAF Park camaatı boğaza yığmısınız, bezdirmisiniz bizləri..." "DİA-AZ" xəbər verir ki, bunu sözgüedən yaşayış massivində yaşayan Şakir adlı sakin müraciətində bildirir.

Narazı vətəndaş daha sonra deyir: "Biz "kupça" ala bilmirik. Qeydiyyata düşmək olmur. 10 ildən çoxdur mənzil təhvil veriləni amma "kupça"mız yoxdur.

 Yay boyu su problemlərimiz oldu, aylıq kommunal pulu yığılır sakinlərdən... 20 manatdan... Amma məhəllə üçün heç bir iş görülmür.

Hara və niyə yığılır bu pullar, bilinmir. Burdan ev alarkən çox sözlər verilmişdi: "kupça" olacaq, məhəllənin gözətçisi olacaq, binalar, məhəllə təmiz səliqəli olacaq və daha nələr... Heç bir sözə əməl olunmadı.

Biz aidiyyatı qurumlardan evlərin AAAF-ın nəzarətindən alınmasını, dövlətin balansına verilməsini tələb edirik. Bizim burada heç bir vətəndaş hüququmuz tanınmır..."


Geri qayıt