Əsas Səhifə > Manşet / Gündəm > "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..."

"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..."


Bu gün, 08:52

"Deyir, "bax, palaza bürünüb eliynən sürünsəydin, ozün də, uşaqların da ağ günə cıxardı. Tutdun ki, "rüşvət elə gəldi, rüşvət belə getdi". Ölkəmizi ağ günə çıxaran, bizə səadət bəxş edən, kimsəsizlərə kimsə olan, cinayətkarların, qatillərin, başkəsənlərin dadına çatan, bir sıra nazirlərimizi, icrakomlarımızı deputatlarımızı, hətta ayrı-ayrı təhsil işçilərimizi alim-akademiklərimizi var-dövlət yiyəsi edən, yaltaqlaı, şərəfsizləri, insanlıq ləyaqətini itirmiş xain və satqınları, cəmiyyəti pozan mövqesiz "tulaları" təmizə çıxaran, pul, mülk, vəzifə, milyon sahibi edən əlahəzrət RÜŞVƏTƏ kəm baxdın. Heç xəcalət çəkdinmi?!" "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov çıxış edib.
O daha sonra davam edir: "10 il dövlət vəzifəsində oldun, dədə-baba adətimizə tüpürərək "zakon", "vicdan", "mərhəmət" deyib durdun. Dedin bəs medal asacaqlar boynundan?! Halbuki o vəzifədən yana var-yoxunu alverlə qoyanlar, namusunu satanlar, günahsız insanları şərləyib tutduranlar, ən qatı cinayətə qol qoyanlar var. Axı onlar səndən fərqli olaraq ağıllı, Vətəninə, millətinə, dövlətinə bağlı insanlarardılar, bir dəfə yaşayırlar bu dünyada və anlayırlar ki, vəzifə kürsüsünə çıxmaqla kasıblığın, ehtiyacın daşını atmaq şansı qazanırlar. Xalqın, haqqın, ədalətin dərdini çəkmək onlaramı qalıb? Bahalı həyat, villalar, eyş-işrət... Ən gözəl müğənnilər, sənətkarlar, kimlər və kimlər qulluqlarında, həftə səkkiz, mən doqquz bahalı səyahətlərdə...O kefdən-damaqdan kim VAZ keçər?! Sən neylədin və indi neynəyirsən vəzifədə?! Özün qazanmırsan, barı çəkil kənara, qoy bir- iki vətənpərvər də varlansın. Deyəcəksən ki, xalqın haqqını yemək, qanıni içmək... A kişi, boş ver, bil ki, biri ölməsə, digəri dirilməz! Anansız olmalıydın!
Pul yığmaq, özünə ev, maşın almaq əvəzinə "qanunsuzdur" deyib vəzifənin mahiyyətini düzgün anlayan, əlləri milyonlarla oynayan hökumət adamlarımıza zidd getdin, onların yolunu bəyənmədin. Halbuki onlarin çoxu vəzifədən atılsalar da özlərini tutublar, kral kimi yaşayırlar. Kimdir onlara dəyib-toxunan?! Hələ "sabiq vətənpərvər" deyib hörmət edirlər.
Di, gör nəticəsini. Üstəlik, 10 ildən artıqdır AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan, müzakirəyə gələn gənc, təcrübəsiz doktorantları da ayıq-duyuq salırsan, işıq gələn yerə barmaq soxursan, başqalarının da rahat yeməyinə əngəl olmaq ustəyirsən. Sənə heykəl qoyacaqlar?! Nə hasil etdin? O gənclər yenə də öz "qəssablar"ına itaət edirlər, sən deyəni bu qulaqdan alıb o biri qulaqdan Xəzər dənizinə ötürürlər. Dərinə getmə! Şəvəjənin maraqlarına toxunma! Haqqında şər ssenarisi hazırdır. Maraqlarına toxunma!Üst-üstə 20 il yekəlı-xırdalı vəzifədə olmaq bacarıqlı, vətənpərvər, dövlətçi şəxs üçün heç olmayan yerdən 15 milyon pul deməkdir. Ortabab vətənpərvər üçün 7-8 milyon, ən zəif vətənpərvər üçün isə 3-5 milyon qazanc deməkdir. "Okazıvayetsya", səndə o bəyənməyib tənqid etdiyin akademiklərdə olan vətənpərvərliyin zərrə qədəri də yox imiş! Alim vətənpərvər olmalıdır!"

Geri qayıt