Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir"
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir"Bu gün, 12:36 |
Məlum olduğu kimi, bir neçə gün əvvəl Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəxslər yaradılacağı haqqında Prezident tərəfindən fərman imzalandı. "DİA-AZ" xəbər verir ki, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” fərmanına əsasən, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir. Maraqlıdır ki, bu fərman, "Azəriqaz"da sıravi işçilər tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır. Elə bu barədə "DİA-AZ"a edilən müraciətdə Emil Tahirov da bildirir. "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" deyə etdiyi müraciətində "Azəriqaz" əməkdaşı olan E.Tahirov daha sonra bildirir: "Əks halda yeni yaradılacaq qurumların heç bir faydası olmayacaq. Yalançı rəqəmlər, özbaşınalıqlar yenə də davam edəcək. Yaxşı olsa belə, pis olan RQİİ-lər yaxşını da öz tərəfinə çəkib pis edəcək. Çünki bütün qaz idarələrini yaman günə qoyan, oğurluğa sövq edən elə regional idarələri oldu. 2014-cü ildən bütün reqional idarələr həm höküməti, həm də xalqı talamış oldu. Necə deyərlər; rəhbərlər tərəfindən büdcə pulları yeyildi... üstündən su da içdilər ... Ancaq sıravi işçilərə çatanda dedilər ki siz hədəfə çatmamasına imza atın ki fikrinizlə razıyıq... Haqsızlıq pik həddə çatıb. Bundan əvvəl də bir neçə məsələləri ictimailəşdirdik, mətbuatda da yayıldı, amma yenə də konkret olaraq Ağsu RQİİ, daha dəqiqi bu qurumunn rəhbərliyi öz ampluasında, əvvəlki işinə davam etməkdədir. Keçən il işlədiyim halda mənə bu il keçən ilki işimə görə "hədəfə çatmamısan" demək, əslində elə yazdıqlarıma görə məni təqib etmək incitmək deyilmi? Burdan bütün ali rəhbərlərə demək istəyirəm ki, Azəriqaz İB-nin RQİİ -idarələri həm öz işçiləri, həm də "Azəriqaz" abunəçisi olan vətəndaşlarla psixoloji müharibə aparır. Mətbuat vasitəsilə ölkə rəhbərliyinə müraciət edərək, təcili müdaxilə olunmasını xahiş edirəm. Xahiş edirəm, ölçü götrün... dözülməz hala gətirib çıxardıblar bizi..." Geri qayıt |