Əsas Səhifə > Manşet / Sosial > Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmi
Gənclər və İdman Nazirliyi müqavilə bağladı, “Flora Holland” MMC icra edə biləcəkmiBu gün, 09:21 |
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 06.03.2025-ci il tarixli “Güllərin və əklillər”in satın alınması ilə əlaqədar dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş açıq tenderə yekun vurulub və Flora Holland” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilmişdir. Nazirlik həmin şirkət ilə 88 888.88 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutur. Məlumat satınalmalır portalında 20.08.2025-ci ildə dərc edilib. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən nəzərdə tutulmuş güllərin alınması üzrə keçirilmiş açıq tender müsabiqəsində ehtimal olunan qiyməti 154.964,39 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “FLORA HOLLAND” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var. Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır. Amma göründüyü kimi Gənclər və İdman Nazirliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş “FLORA HOLLAND” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Bundan əlavə “FLORA HOLLAND” MMC -nin müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi də məlum olmuşdur. Bu elə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi kimi bir ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda öz əksini tapıb. Sözügedən qurumun 29.07.2025 -ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə deyilir: “FLORA HOLLAND” MMC-yə portal vasitəsilə 09.05.2025-ci il və 19.05.2025-ci il tarixlərdədə müqvilənin üzürsüz səbəblərdən icra edilməməsi səbəblərini aydınlaşdırmaq üçün sorğu göndərilmişdir. Sorğulardan uyğun olaraq 2(iki) ay 20(iyirmi) gün və 2(iki) ay 10(on) gün müddət keçməsinə baxmayaraq cavab gəlməmişdir. “FLORA HOLLAND” MMC ilə bağlanılmış 17 aprel 2025-ci il tarixli 03 nömrəli müqavilənin xüsusi şərtlərinin 23-cü maddəsinin 23.1-ci bəndinə əsasən “Gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərə görə cərimənin maksimum faiz həddini keçməsi, həmçinin bu müqavilənin ümumi şərtlərinin 30- cu maddəsinin 30.1 bəndinin 30.1.1, 30.1.1.1, 30.1.1.2 yarımbəndlərinə əsasən müqavilə şərtlərinin pozulması və portal üzərindən yazılanlara cavab verilməməsinə görə “FLORA HOLLAND” ilə bağlanılmış müqaviləyə xitam verilir və xitam 29.07.2025-ci il tarixdən etibarən qüvvəyə minir. Satınalmaların portalı üzərindən apardığımız araqşdırmada məlum oldu ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21.04.2025-ci ildə “FLORA HOLLAND” MMC ilə müxtəlif növ gül məhsullarının alınması üzrə 7.002,12 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Amma göründüyü kimi müqavilənin şərtlərinə əməl edə bilməyib. Bu məlumatlar isə “FLORA HOLLAND” MMC-nin etibarlılığının şübhə altında olduğunu bir daha təsdiq edir. Keçək MMC haqqında rəsmi məlumatlara. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FLORA HOLLAND” (VÖEN:1405674931) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20.09.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev.102, m.38 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur. Dövlət Vergi Xidmətinin məlumatlarına görə MMC operativ vergi nəzarəti üzrə – Vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi məsələsi üzrə OVN həyata keçirilməsi haqqında AKT-a əsasən 1700.00 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti üzrə – Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi öhdəlikləri üzrə – 2022- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir Göründüyü kimi Gənclər və İdman Nazirliyinnin Satınalma Komissiyası açıq tenderin keçirilməsi zamanı “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir çox tələblərinə riayət etməmiş, “FLORA HOLLAND” MMC-nin müvafiq sahədə peşəkarlığını, təcrübəsini, işçi qüvvəsini, maliyyə imkanlarını və ödəmə qabiliyyətini, etibarlığını nəzərə almamışdır. Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Bəs bu saxtakarlıqlara Gənclər və İdman Nazirliyində kimlər rəvac verə bilər? Təbii ki, nazirlikdə satınalmaların təşkilinə nəzarət edən şəxslər. Maraqlıdır, yeddi min manatlıq müqavilənin şərlərinə əməl edə bilməyən şirkət yüz min manat civarında olan müqavilənin tələblərini necə icra edəcək. Maraqlı olan bir də budur. Nazirlikdə satınalmaların təşkilinə nəzarət edən şəxslərin bu əməllərindən nazir Fərid Qayıbov nə qədər məlumatlıdır. Aktualinfo.org Geri qayıt |