Əsas Səhifə > Manşet / Gündəm > İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR...
İFŞA: “Poz-Qazan” BİZİ BELƏ QARƏT EDİR...Bu gün, 07:01 |
Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Poz-Qazan” uduşlu lotereya kartlarının satışı ilə məşğul olan Elxan satdığı lotereyalar vasitəsilə bəxtini sınamaq qərarına gəlib və nəticəsi onun üçün ağır olub."DİA-AZ" xəbər verir ki, Mehdiabad qəsəbəsində piştaxtada lotereya satışı ilə məşğul olan Elxan buna görə gündəlik 30 manat zəhməthaqqı alırmış. Hər gün Rasif biletləri sayıb ona verir, günün sonunda satılmayanları geri alırmış. Bir müddət sonra onun qardaşı Mehman da rayondan gəlib. Təklif edib ki, qardaşı da onunla birlikdə lotereya biletlərinin satışı ilə məşğul olsun. Rasif də razılaşıb. Günün birində Rasif onlara 6850 manat dəyərində “Poz-Qazan” gətirib. Yarısını Elxana, yarısını da Mehmana verib. Günorta Mehman çay gətirmək üçün gedəndə özündə olan biletləri də qardaşına tapşırıb, bir azdan gələcəyini deyib. “Borcum vardı, fikirləşdim ki, bu lotereya biletlərinin hamısını götürüm, özüm pozum, uduş da mənim olsun, borcumu bağlayaram. Lotereyaların olduğu çantanı götürüb, kirayə yaşadığım evə getdim. Lotereyaların hamısını pozdum, cəmi 582 manat uduş çıxdı. Bundan sonra Rasifin pulunu qaytara bilməyəcəyimi başa düşdüm, ona görə sonra işə getmədim. Rayona qayıtdım”, - deyə Elxan bildirib. Bu hərəkətinə görə Elxan haqqında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, iki gün şübhəli şəxs qismində tutulsa da, sonradan azadlığa buraxılıb. İstintaq və məhkəmə gedən müddətdə barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Onun valideynləri Rasifə dəymiş ziyanı – lotereya biletlərinin pulunu ödəyiblər. Qanuna görə, dələduzluq cinayətlərində dəymiş ziyan ödəniləndə, üstəlik, ziyanın 25 faizi qədər dövlət büdcəsinə ödəniş edildikdə təqsirləndirilən şəxs haqqında cinayət işinə xitam verilə bilər. Bu əsasla da Elxan cinayət məsuliyyətindən azad edilib. "DİA-AZ"dan ZƏRURİ QEYD: Dəyərli oxucular. Əslində bu fakt, hətta bir məhkəmə araşdırması olmasına rəğmən “Poz-Qazan”ın Azərbaycan vətəndaşı üçün bir tələ olduğunu tam təsdiq edir. Diqqət yetirin: 6850 manat dəyərində “Poz-Qazan” biletində cəmi-cümlətanı 582 manat uduş fondu olub. Qeyd edək ki, bu, təsadüfi hal deyil və “Poz-Qazan”da olan real nisbətdir. Yəni uduş fondu heç 10 faiz belə deyil... Bu isə AÇIQ QARƏTDİR... Geri qayıt |