Əsas Səhifə > Manşet / Siyasət > “CDC Klinik”də işçilərin hüququ POZULUR
“CDC Klinik”də işçilərin hüququ POZULURBu gün, 11:43 |
Xüsusi uşaqlar üçün psixoloji terapiya və reabilitasiya xidmətləri göstərən “CDC Klinik”də əmək hüquqlarının pozulması ilə bağlı iddialar irəli sürülüb. Yenicag.az xəbər verir ki, klinikada çalışan bir neçə əməkdaş əməkhaqqının ödənilmədiyini, bəzilərinin isə əmək müqaviləsi olmadan qanunsuz şəkildə işə cəlb edildiyini bildirir. Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis İsmət Əkbərov bildirib ki, uzun müddətdir əməkhaqqısını ala bilmir:
Digər əməkdaş Cavid Orucov isə bildirib ki, o, əmək müqaviləsi ilə çalışdığı halda, işdən azad olunub və son iki aylıq əməkhaqqısı hələ də ödənilməyib:
İddialara görə, klinikada əmək hüquqlarının pozulması halları sistematik xarakter daşıyır və rəhbərlik tərəfindən bu şikayətlərə reaksiya verilmir. Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi olmadan işçi çalışdırmaq və əməkhaqqının ödənilməməsi ciddi qanun pozuntusudur və bu hallar inzibati və ya cinayət məsuliyyəti yarada bilər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışırıq. Geri qayıt |