Əsas Səhifə > Manşet / Hadisə > Eldar Əzizovdan bu RUS İZİNİN SİLİNMƏSİ TƏLƏB OLUNDU

Eldar Əzizovdan bu RUS İZİNİN SİLİNMƏSİ TƏLƏB OLUNDU


Bu gün, 11:03

Mərdəkan qəsəbəsinin bir qrup sakini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib. Müraciət qəsəbədə rus şairi Sergey Yeseninin adına verilmiş küçə ilə bağlıdır.

Gununsesi.info xəbər verir ki, sakinlər şəhər merindən küçənin adının dəyişdirilməsini xahiş edirlər.
Merə ünvanlanmış məktubda deyilir:

“Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinin əsas küçələrindən biri məşhur rus şairi Sergey Yeseninin adını daşıyır. Məlumdur ki, hələ Sovet dönəmində, 1974-cü ildə Azərbaycan Respublikası rəshbərliyinin qərarı və Azərbaycan EA Rəyasət Heyətinin 1 aprel 1975-ci il tarixli sərəncamı ilə Mərdəkanda Yeseninin yaşadığı evdə onun xatirə muzeyi yaradılıb.

Bu muzey 1975-ci il oktyabrın 3-də, şairin 80 illik yubileyi münasibətilə fəaliyyətə başlayıb. Həmin vaxtdan muzeyin yerləşdiyi küçəyə də Yeseninin adı verilib. Rus ədəbiyyatının görkəmli nümayəndəsi olan Yeseninin Bakı ilə bağlı şeirləri var. O, 1924–1925-ci illərdə bir müddət Bakıda yaşayıb.

Ancaq onun Azərbaycanla bağlı heç bir fəaliyyəti yoxdur. Üstəlik, Azərbaycan 1991-ci ildən müstəqil dövlətdir. Müstəqlliyin yolu hamar olmadı. Son 30 ildə ölkəmizin ərazi bütvölüyü uğrunda minlərlə şəhid verdik. Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən savaşında xalqımızın yüzlərlə qeyrətli oğul və qızı canından keçdi, qazi oldu. Son 30 ildə adının xalqımızın şanlı tarixinə yazdırmış dövlət xadimlərimiz, igid oğul və qızlarımız var.
Mərdəkan qəsəbəsinin sakinləri adından Sizdən xahiş edirik ki, yaşadığımız küçənin adının dəyişdirilməsi ilə bağlı məsələyə baxasınız”.

Məktubda xahiş edilir ki, sakinlərin istəyi nəzərə alınsın və küçəyə 44 günlük Vətən müharibəsində şəhid olmuş Mərdəkan sakinlərindən birinin adı verilsin.


Geri qayıt