Əsas Səhifə > Manşet / Güney Press > Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb

Nəcməddin Sadıkov dindirilmək üçün Türkiyəyə aparılıb


Bu gün, 12:58

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin ovaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

SAVASHMEDİA.azxəbər verir ki, bu barədə nüfuzlu "Middle East Eye" qəzetinin müxbiri Raqip Soylu diplomatik mənbələrə istinadən yazıb.

İddiaya görə, 44 günlük müharibə zamanı Ankara təkcə Azərbaycanı pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri və kəşfiyyat vasitələri ilə təmin etməyib, . Azərbaycan ordusundakı rusiyapərəst ünsürlərin müəyyənləşdirilməsində fəal rol oynayıb.

"Həmin şəxslərdən biri isə Rusiya ilə əlaqələri şübhə doğurmayan Azərbaycan Silahlı Qüvvələrinin o zamankı Baş Qərargah rəisi Nəcməddin Sadıqov idi. Vəziyyətlə tanış olan mənbə bildirib ki, Türkiyə hakimiyyəti müharibə zamanı onun deportasiyasını təşkil edib, dindirilmək üçün Türkiyəyə gətirib və yalnız bundan sonra onun Rusiyaya qayıtmasına icazə verib".


Geri qayıt