Əsas Səhifə > Manşet / Hadisə > BİRBANK: Bir maraq var... o da bankın marağı...

BİRBANK: Bir maraq var... o da bankın marağı...


Dünən, 10:04

"Hörmətli Birbank, 31 iyul tarixində gün sonuna qədər ödəməli olduğum taksit kartı üzrə birdəfəlik ödənişi 31 iyul saat 20:00 radələrində etdim. .." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Natavan Hesenli adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra bildirir: "Ödəniş məndən çıxdı, lakin serverdə problem olduğunu üçün borcum sistemdə silinmədi. 1 avqustda yoxlayanda faiz əlavə olunduğunu gördüm.
Bu məsələ ilə bağlı sizə müraciət etdim, cavab verdilər ki, ödənişlər saat 19:00-a qədər edilməlidir. Lakin bu barədə nə saytınızda, nə də ödəniş zamanı heç bir açıq və rəsmi məlumat əldə etməmişəm.Əlavə olaraq qeyd etmək istəyirəm ki, indiyə qədər heç vaxt 19.00-dan əvvəl ödəniş etməmişəm və heç vaxt problem yaşamamışam. Üstəlik, bu hal anamda da baş verib, ona fərqli cavab verilib, mənə isə başqa cür açıqlama verilir. Bu da göstərir ki, bankınız yanaşma standart və şəffaf deyil. Saytınızda da qeyd etdiyiniz kimi 19:00 -a kimi ödəniş edilməlidir qaydası sadəcə kredit ödənişinə şamildir.
Əlavə olaraq, mən 1 avqust saat 10:00-da rəsmi qaydada sizə müraciət etmişəm. Qeyd olundu ki, 5 iş günü ərzində baxılacaq, amma artıq 12 avqustdur və hələ də geri dönüş yoxdur.
Daha da narahatedici hal odur ki, mən “niyə bu barədə məlumat verilməyib?” sualını verdikdə, deyirlər “bu bizim daxili qaydamızdır.” Müştəriyə təsir edən daxili qaydalar açıq şəkildə bildirilməlidir, əks halda bu qeyri-etik və qeyri-şəffaf yanaşma sayılır.
Xahiş edirəm tezliklə qeyri-müəyyən və fərqli yanaşmalarla bağlı geri dönüş edərdiniz..."

Geri qayıt