Əsas Səhifə > Manşet / Siyasət > `Lukoyl`un işçiləri fırıldağa vərdiş edib...
`Lukoyl`un işçiləri fırıldağa vərdiş edib...Bu gün, 09:08 |
YAZISI BURADA: Diqqətli olun, pulunuzu oğurlaya bilərlər... - İDDİA Bu dəfə də şikayət var. "DİA-AZ" xəbər verir ki, "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Xalid Əsədov adlı istifadəçi belə yazır: "Şikayətim Binə-Sədərək yolunda yerləşən Lukoil YDM ilə bağlıdır. Günün günorta çağı insanların cibinə girirlər. İşçidən “polno bak” etməsini xahiş etdim. 41 manat benzin tutdu. Əlavə 2 manatlıq benzin vurmasını xahiş etdim. Ödəməli məbləğ 43 manat təşkil etdi. Applepay vasitəsilə ödəniş etdim. Qəbzi tələb etmədim çünki telefona bildiriş gəlirdi. YDM-dan ayrılarkən telefona bildiriş gəldi və kartımdan 48 manat çıxdığını gördüm. Geri dönüb işçiyə yaxınlaşdım və ondan kartımdan niyə bu qədər çox məbləğ çıxdığını soruşdum. O isə heçnə demədən mənə 5 azn qaytardı. Mənə yenə ondan səbəbini soruşdum, o mənə səhv qeyd etdiyini bildirdi. Məlum məsələdi ki, terminalda 3 və 8 rəqəmi yanbayan yerləşməyib. Bunlar rayon yolu olduğunu nəzərə alıb, müştərinin geri qayıtmayacağını düşünüb, bu yola əl atırlar. Postu paylaşmaqda məqsədim odur ki, müştərilər bu tip hallarda diqqətli olsunlar.
Qeyd: Mənim orda mübahisə etməməyimin səbəbi rayona istirahətə getdiyim üçün əhval- ruhiyəmi korlamaq istəməməyim idi..."
Geri qayıt |