Əsas Səhifə > Manşet / Güney Press > Neftçilər rəsmən BLOKADA ŞƏRAİTİNDƏ...

Neftçilər rəsmən BLOKADA ŞƏRAİTİNDƏ...


Bu gün, 11:09

Neftçilərin hüquqlarının müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti neftçi şikayətini ictimailəşdirib. "DİA-AZ" olaraq NHMT sədrinə istinadla narazı SOCAR işçisinin şikayətini təqdim edirik:
"Bir neçə gündür ki, Neft Daşları və "28 May" NQCİ dəniz sahələrində Azercell, Baksell və Nar mobil operatorlarında şəbəkə problemləri var. Demək olar ki şəbəkə və internet sıfır seəviyyədədir.
Bununla bağlı operatorların çağrı mərkəzlərinə şikayət etdikdə bildirirlər ki,  bizə rəsmi olaraq Azneft IB və SOCAR ITRI idarəsi müraciət etsin ki, bizim təmir komandası gəlib siqnal ötürücülərindəki nasazlığı aradan qaldırsın. Bununla bağlı idarəmiz və ITRI-nin buradakı nümayəndəliyinə müraciət edirik, amma problemi həll edən yoxdu.
Beləki neçə gündür ailəmizlə əlaqə saxlamaqda əziyyət çəkirik. Bundan əlavə, şirkət tərəfindən quraşdırılmış internet modemləri internetin sürəti çox zəif və keyfiyyəti də sıfıra bərabərdir. Xatırladım ki, Babək Hüseynov bizə - fəhlələrə söz vermişdi ki internetin keyfiyyəti yüksək sürət səviyyəsinə çatdırılacaq. Nə oldu bəs? Heç olmasa imkan yaradın öz telefonmuzla evlə əlaqə saxlaya bilək..."



Geri qayıt