Əsas Səhifə > Manşet / Gündəm > Razi Nurullayev də özünə BELƏ GÜN AĞLAYIR...
Razi Nurullayev də özünə BELƏ GÜN AĞLAYIR...Bu gün, 08:31 |
"İmişlidən olan deputat Razi Nurullayev sosial şəbəkələrdə fəallığı ilə seçilir. Bəzi statusları hərdən onu gülməli hala salsa da ümumilikdə götürəndə çox sadə insan təsiri bağışlayırdı..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında jurnalist Sima Babayeva qeyd edib.
O daha sonra ilginc məqamlara aydınlıq gətirərək, bəzi iddialar səsləndirib.
S.Babayeva yazır: "Amma sən saydığını say, gör fələk nə sayır. Seçki ərəfələrində ağızdolusu danışan deputat, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev dərə xəlvət, tülkü bəy prinsipi ilə hərəkət edərək seçicilərinə vədlərini unudaraq özünə gün ağlayırmış.
Əslən aid olduğu İmişlidə özünə şərait, gəlir yeri yaradır. Məlub olub ki bu il Razi bəyin dəstəsi - köməkçisi Vüqar, qardaşı Sahil və başqaları rayonun Nurlu kəndinin otlaq, örüş sahələrini ələ keçirib, çəpərləmək üçün dayaqlar basdırıb, müxtəlif köməkçi tikililər inşa etdiriblər.
Hələki ərazini hansı məqsəd üçün tutduğu məlum deyil. Sakinlər deyir ki, sahədə 1036 ədəd ağac kəsilərək aparılıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertezi rəyi də var. İcra hakimiyyəti, aidiyyatı qurumlar sakinlərin şikayətinə şifahi olaraq "məsələyə baxılacaq" deməklə işlərini bitmiş hesab edirlər.
Razi Nurullayev deyəsən, deputat toxunulmazlığından camaatın pay torpaqlarını ələ keçirmək üçün yararlanır. Həmişə özünü çəkdirib təbliğ etdirirdi ki, guya bu adam çox sadədir, kasıbların, imkansızların, sadə insanların yanındadır.
Hamısı gözə kül üfürməkmiş. Üzdə bir söz deyib arxada öz mənafeyini güdürmüş. Elə deyilsə, onda bu vaxta qədər susmazdı. Bir neçə aydır bu məsələ qalxıb. Məlum oldu ki Razi Nurullayevin özünə dəfələrlə zəng olunub, amma əlaqə yaratmaq olmur.
Seçki ərəfəsində, özünə lazım olan vaxtlarda "xalq adamı" olan deputat indi rayonda görünmür. Hər halda narahat sakinlərin qabağına çıxa bilmir. Niyə? Bu sual hamımıza maraqlıdır. Cavabını cənab deputat Razi Nurullayevdən gözləyək..."
Geri qayıt |