Əsas Səhifə > Manşet / Cəmiyyət > 8 min Culfa sakininin SU ÇİLƏSİ...

8 min Culfa sakininin SU ÇİLƏSİ...


Bu gün, 10:43

Culfa rayonunun ən böyük kəndi sayılan 8 min nəfərlik Yaycıda yayın istisində içməyə su tapılmır. Suvarma suyundan isə söhbət açmağa dəyməz. Həyət-bacalardakı əkin və ağaclar susuzluqdan quruyub məhv olurlar. Bu haqda “Gündəlik Naxçıvan”a kən sakinləri məlumat veriblər.
Onlar deyirlər ki, buna səbəb 3 il öncə kəndə çəkilən su xətlərinin düzgün quraşdırılmamasındadır. Bu səbəbdən hazırda həmin xətt kəndin yalnız kiçik bir hissəsini su ilə təmin edə bilr.
Kənd sakini B.M. deyir ki, içmək və məişətdə istifadə etmək üçün suyu uzaq məsafələrdən maşınlarla daşımalı olurlar. Avtomobili olmayanlar isə, əldə daşımağa məcbur olurlar:
“Hər il eyni problemi yaşayırıq. Yeni su xətti çəkiləndə sevindik ki, problemimiz kökündən həll olunacaq. Amma, şəbəkəni dügün qurmadıqları üçün yenə də əhali içməli su problemi yaşayır. Su xətlərini elə çəkiblər ki, təziq az olanda kəndin aşağı hissəsinə su gedir yuxarı hisəsinə isə getmir. Havanın istisində susuz yaşamaq münkün deyil. Məcbur qalıb həm içmək, həm məişətdə istifadə etmək üçün maşınlarla su daşıyırıq. Şikayətə də baxan yoxdur. Deyirlər kəndi içməli su ulə təmin edən şəbəkə düzgün qurulmayıb. Biz də bilirik ki, şəbəkə düzgün qurulmayıb. Axı, aidiyyatı qurumlar buna bir əlac tapılmalı, problemi həll etməlidirlər. Onlar isə heç nə etmək istəmirlər. ”
Adının çəkilməsini istəməyən digər sakin deyir ki, problemlə rayon icra hakimiyyətinə dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb:
“Günlərlə su tapa bilmirik. Düz başı adlanan ərazidə 3 gündür su yoxdur. Həyətlərdəki quyular da quruyub. 18 metrlik quyuda su yoxdur. Məcbur qalıb maşın tutub istifadə etmək üçün başqa ərazilərdən su daşıyıırıq. Nə bələdiyyə, nə də icra hakimiyyəti problemlə maraqlanmır. Minlərlə sakini içməli su problemi ilə üz-üzə qoyublar.”
Kənd sakinləri dövlət qurumlarına müraciət edərək, problemin həll olunmasını tələb edirlər.

Geri qayıt