Əsas Səhifə > Manşet / Siyasət > Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”…
Rüstəm Şahbazov-Rafiq Cəlilov birliyi: sovetdən qalan zavodları “ciblərində daşıyır”…Dünən, 08:33 |
Azərbaycanda elə məmurlar var ki, onların “məmurluq stajı” az qala ölkəmizin müstəqillik yaşı ilə eynilik təşkil etsə də, bu şəxslərin fəaliyyətində ürəkaçan heç nə mövcud deyil. Əksinə, həmin şəxslərin fəaliyyəti ilə bağlı ölkə mediasında saysız-hesabsız tənqidi yazılar yer alıb ki, bu da həmin şəxslərin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəis müavini Rüstəm Şahbazov və hazırda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı olan Rafiq Cəlilov bu sırada öndə gəlir. Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışan Rüstəm Şahbazov, 2006-cı ildən etibarən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışmaqdadır. Maraqlıdır ki, CRİH-nin başçısı Rafiq Cəlilov da məhz 2006-cı ildə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində fəaliyyətə başlamış, sovetdən qalma fabrik və zavodların “şaqqalanması” prosesində yaxından iştirak etmişdir. Hər iki məmur Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində tutduqları yüksək vəzifədən istifadə edərək xeyli sayda fabrik və zavodun müxtəlif üsullarla mənimsənilməsinə nail olmuş, SSRİ-nin bütün dünyada qürur mənbəyi olan sənaye müəssisələrini qısa zamanda “cibərinə sığışdırmağı” bacarmışdılar.
Ümid edirik ki, gələcəkdə məlum şəxslərin keçmiş fəaliyyəti daha diqqətlə araşdırılacaq və bu şəxslər gec də olsa öz əməllərinə görə cavab verməli olacaqlar. Geri qayıt |