Əsas Səhifə > Manşet / Cəmiyyət > Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ...
Texniki Universitetdə TƏBİİ OYUNBAZLIQ...Bu gün, 07:04 |
Yazının əvvəli BURADA: Texniki Universitetdə NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR... Yazının davamı... Müəllimlər adından edilən müraciətdə daha sonra deyilir: "Unversitet rəhbərliyi tərəfindən elmi fəaliyyətə görə təqdim olunmuş mükafatlar və maaşlara əlavələrə göz dikir, həmin mükafatları alan müəllimlərə qarşı ayrı-seçkilik edir. Bunun nəticəsidir ki, elmi fəaliyyətə görə mükafatlanmış müəllimlərə yalandan “dərs yoxdur” adı ilə dərs ayırmaq istəmir. Hansı ki, Elm haqqında qanunun 12-ci Maddəsinin (Ali təhsil müəssisəsi) 12-ci bəndində (12.12) qeyd olunmuşdur: Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsində və təyin olunmasında nəzərə alınır. Ancaq Vaqif Həsənovun bildiyi qanunlar rüşvət, hədə-qorxu, şantaj və digər çirkinliklər olmazdı. Nə qədər alçalmalısan ki, yeni elmlər doktoru elmi dissertasiyasını müdafiə etmiş, 0,5 ştat, tək qadına qarşı ədalərsizlik edəsən? Etdiyi pisliklərə görə hər kəs, allahın onu bir dəfə cəzalandırdığını və yenə cəzasını alacağını bildirirlər. Bu dəfə etdiyi qanunsuzluqlara görə cavab verəcəkdir. Semestrin ortasında səs-küylə öz otağını və müəllimlər otağını guya təmir etdirdi, divarlara emulsiya, döşəməyə lak çəkdirdi. Lakın iysindən tələbələrdə və kafedranın bir hamilə müəlliməsində zəhərlənmə oldu. Auditorlarda kompüterlər və proyektorlar bərbad gündədir, ancaq o hayhayla öz otağına zəhərlənmiş müəllimənin ərinə təzə mebel bağlatdırıb (bu məsələlər ortaya çıxdıqdan sonra öz adamlarını və tədris köməkçi heyətinidə yığaraq, iş vaxtı, 3-5 gül alaraq həmin müəlliməyə “guya” dəyməyə getdilər). Söz verdiyi, kafedra müdiri olduğu təqdirdə 3 milyonluq qrant gətirəcəyi sözünü heç yada salmır və heç bir xəbər də yoxdur. Öz kafedrasındakı keçmiş aspirantı Müslümov Əhmədin vasitəsilə və Nəqliyyat fakultəsinin dekanı Allahverdi Şərifovla (Şərifov da tələbələrin başına oyun açır) cinayət sövdələşməsinə girərək, müəllimlərin hesabına (müəllimlərin maaşını bildiyi kimi xərcləməyə çalışır) detallar aldıraraq guya laboratoriya - “oyuncaq”lar hazırlatdırır. Söz verdiyi qrantın əvəzinə belə “oyuncaq”ların, özü də müəllimlərin hesabına düzəlidlməsi həm acınacaqlı və həmdə biabırçılıqır. Ən sadə İKT biliklərinin olmaması, tədris yüklərinin bölünməsi haqqında təsəvvürünün belə olmaması kafedra müdiri kimi onu dekan müavininə (həm də kafedranın yarımştat müəllimi) və digər kafedranın müdirinə möhtac etmişdir. Həmin adamlar vəziyyətdən sui istifadə edərək, Vaqif Həsənovun tədrisdən başının çıxmamaslından istifadə edərək ona Tədris hussəsinin göstərişinin əksinə olaraq özlərinə qanunsuz saat hesabı yazdırırlar (bakalavr qiyabi və gündüz qruplarının bir qrup şəklində praktikaya getdiklərini nəzərə almayaraq onları ayrı-ayrı sənədləşdirib pulunu alırlar). İndidən belə başlamışdırsa, nə üçün kafedranın dərslərinin “azaldığı” məlum olur. Dərslərin azaldığından söhbət edərək müəllimləri narazı salmağa çalışır və bunun kiminsə məsləhəti ilə etdiyini bildirir. Vəzifə səlahiyyətlərini aşaraq ona aid olmayan işlərə qalxır. Qanunsuzluğu, saymazlığı o qədər genişləndirib ki, YTİ-nin keçmiş direktoru hörmətli Anar Eminovun yerinin boş olduğundan istifadə edərək heç bir dərəcəsi olmayan, istehsalatda bir gün çalışmayan, Scopusda bir məqaləsi belə olmayan müəllimi, keçmiş aspirant Müslümov Əhmədi (saat hesabları pulun xatirinə) magistrlərin İxtisaslaşmış Şurasına üzv yazmışdır. İxtisaslaşmış şuranın əmrlə təsdiq olunmuş üzvləri ilə müdafiədə iştirak edən üzvlər arasında fərq var, onlarada saat hesabı pul verməmək üçün 1000 oyundan çıxır. Kafedranın təcrübəli müəllimlərinə dərs yoxdur deyə dərs ayırmaq istəmir, çox güman ki, həmin müəllimlərin dərslərini Müslümov Əhməd və digər yaxın adamlarına saat hesabı yazaraq, mənimsəyəcəklər..." Yazının davamı VAR... Bizi izləyin... Geri qayıt |