Əsas Səhifə > Manşet / Siyasət > Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır...

Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır...


Bu gün, 09:03

Neçə gündür ki, SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dübəndi İstehsalat Bölümü daimi içməli su ilə təmin edilməsi məsələsini ictimailəşdirən və əlaqədar qurum və təşçkilatlar qarşısında  sözügedən durumla bağlı məsələ qaldıran Neftçilərin Hüquqlarının müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı son olaraq Bakı Şəhəri Pirallahı Rayon İcra Hakimiyyətindən də hesabat tələb edib. Qeyd edək ki, Pirallahı RİH olduqca absurd izahatı ilə diqqətə gəldiyindən tənqid hədəfinə çevrilib.
"DİA-AZ" xəbər verir ki, elə buna işarə edən tanınmış hüquq müdafiəçisi M.Qəhrəmanlı Pirallahı RİH-ə yenidən müraciət edərək bildirir:
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının daimi içməli su mənbələrindən uzaqda yerləşən susuz ərazilərin xəritəsi”nə əsasən SOCAR-ın Neft Kəmərləri İdarəsinin Dübəndi İstehsalat Bölümü daimi içməli su ilə təmin edilmiş yaşayış məntəqəsi olan Gürgən qəsəbəsində yerləşir. Dübəndi İstehsalat Bölümünə yaxın məsafədən şəbəkə su xəttinin keçməsini nəzərə alaraq, ✅Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciəti əsasında su xəttinin çəkilməsi həyata keçirilə bilər. Qeyd edək ki, vətəndaşların müraciətləri Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır və qaldırılan məsələlər səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq həll olunur...
"DİA-AZ"ın məlumatına görə, bu olaya reaksiya verən Həmidə Məmmədova adlı sosial şəbəkə istifadəçisi isə NHMT-nin "Facebook" hesabında olduqca ilginc iddiaların yer aldığı məlumatları açıqlayıb. Narazı vətəndaş M.Qəhrəmanlıya xitabən yazır:
"Salam Müvari xanım, yazıb bildirmək istəyirəm ki, Pirallahı rayonu icra hakimiyəti yanlız yalan vədlər verib söz söhbət tez bağlansın deyə. Əvvəla Dübəndi İshtesalat Bölümü Neft Kəmərlər İdarəsi Gürkanda yerləşmir, Gürkan hara Dübəndi İstehsalat Bölümü Neft Kəmərlər İdarəsi hara... Gürkandan sonra Zirə qəsəbəsi gəlir... sonra Dübəndi bağları və daha sonra Xəzər rayonu Qışlaq sahəsi...
Bizim çalışdığımız həmin idarə də - Dübəndi İstehsalat Bölümü Neft Kəmərlər İdarəsi Xəzər rayonu Qışlaq sahəsində yerləşir və uzun illər də həmin adını sədaladığımız idarə Xəzər rayonu Qışlaq sahəsinin üzərində gedib!!
Bu Pirallahı rayonu İcra hakiməti yarandığdan sonra - Pirallahı rayonuna fırıldaqçı icra başçısı Vasif İmanov gəldikdən sonra vəzifəyə, öz mənfəəti üçün təkcə Xəzər rayonu Qışlaq sahəsinin tabeyliyində və ərazisində olan Dübəndi İstehsalat Bölümü Neft Kəmərlər İdarəsini öz caynağına keçirərək hər 3-4 aydan bir bütün idarə işçilərindən bizim rəhbərliyə tapşırıq verib fəhlələrdən iki manat, mühəndislər və rəislərdən isə beş manatdan pullar yığdırır... Həm də "Qırmızı Aypara"nı bəhanə edərək...
Bizim çalışdığımız idarə Dübəndi İstehsalat Bölümü Neft Kəmərlər İdarəsinə su çəkilməsinə yalandan vədlər verib. Guya su çəkdirəcəksə, getsin elə öz idarə etdiyi rayonuna Pirallahı rayonu mədən ərazisinə su xəttləri çəksin! Neçə illər bundan öncə ora gələn texniki su xəttini də kəsdirib. Camaatdan pul yığıb guyaiçməli su xətti çəkməsi üçün... amma bu günə qədər heç bir su xəttləri çəkilməyib. Yanlız maşınla kefləri istədikdə camaata həftədə bircə dəfə su gətirilir. Çünki oranın camaatı hər ay ailədə neçə nəfər yaşayırsa, məsəl üçün dörd nəfərə 14-15 manat su pulu ödədiyi halda, isti yay ayları gəlir su maşınlarını öz bağlarına daşıdırılar. Çox vaxtı camaatı susuz qoyurlar
İnsanlar şikayətə getdikdə də, camaatı hədələyib deyirlər ki, hələ Allahınıza şükür edin ki biz sizə maşın tapıb su göndəririk.."

Geri qayıt