Əsas Səhifə > Manşet / Gündəm > Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB
Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİBBu gün, 06:48 |
Azərbaycanda gömrük keçid məntəqələrində və postlarında qanunsuz fəaliyyət halları hələ də davam etməkdədir. Bu sahəyə nəzarət etməli olan bəzi məmurlar şəxsi maddi maraqları naminə qanunları pozaraq müxtəlif qanunsuz əməllərə imza atırlar. Xüsusilə, Regional Gömrük İdarələrinin bəzi rəisləri qanunsuz fəaliyyətləri sistemli şəkildə həyata keçirir, müxtəlif şirkətlər və şəxslərlə əlaqəyə girərək maddi gəlir əldə edirlər. Bu fəaliyyətlər sırasında yük nəqliyyatında texniki normativlərin pozulması da xüsusi yer tutur. Bu əməllərin sahiblərindən biri kimi də Balakən Gömrüyünün rəisi, gömrük polkovniki Kamran Yusifovun adı çəkilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 104 nömrəli Qərarına əsasən, ölkə daxilində hərəkət edən nəqliyyat vasitələrinin maksimal hündürlüyü 4 metrdən artıq olmamalıdır. Bu həddi keçən nəqliyyat vasitələrinin xüsusi icazə olmadan hərəkəti qadağandır. Lakin hazırda bu qaydalar pozulur, sürücülərdən qeyri-qanuni ödənişlər alınaraq ölkə ərazisinə buraxılır. Məlumata görə, Kamran Yusifovun göstərişi ilə ölkəyə minik avtomobillərini gətirən avtovozlara qarşı süni maneələr yaradılır, onların sürücülərindən qeyri-rəsmi ödənişlər tələb olunur. Gömrük postlarında avtovozların hərəkətinə bilərəkdən əngəllər yaradılır və yalnız pul ödənildikdən sonra onların hərəkətinə icazə verilir. Balakən Gömrüyündə hündürlüyü normadan artıq olan iritutumlu yük avtomobillərinin ölkəyə buraxılması adi hal almaqdadır. Bu hallar da adətən maddi maraqlar fonunda baş verir. K.Yusifov əvvəllər Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışarkən də müxtəlif qanunsuz əməllərlə yadda qalıb. Daha maraqlısı odur ki, bu hallar barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun xəbərsiz olub-olmaması sual doğurur. Əgər məlumatlıdırsa, niyə tədbir görülmür? Əgər məlumatı yoxdursa, bu da ayrıca bir nəzarət boşluğudur. Məlumata görə, Kamran Yusifov ölkədə fəaliyyət göstərən 2 Kargo şirkətinə (dəqiqləşdirmə apardıqdan sonra, növbəti yazılarımızda adları barədə məlumat verəcəyik) himayədarlıq edir. Hətta bu günlərdə bu Kargo şirkətlərindən biri vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin işçərisində gömrük orqanlarına bəyan edilməyən dərman vasitələri qaçaq yolla ölkə ərazisinə keçirilərkən DGK-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən keçirilən əməliyyatla bu cəhdin qarşısı alınıb. Bütün bunlar göstərir ki, Balakən Gömrüyünün rəisi, gömrük polkovniki Kamran Yusifovun fəaliyyətində nöqsanlar var və onun fəaliyyəti nəzarətə götürülməlidir. "DİA-AZ" Geri qayıt |