Əsas Səhifə > Manşet / Gündəm > "Kimdir bu şirkətin rəhbəri?"

"Kimdir bu şirkətin rəhbəri?"


Bu gün, 04:55

"Şikayətim "Dynamic Express" kargo şirkətindəndir. 25.06.25 tarixində Çin anbarına 3 bağlamam daxil olub..." "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur. 

Narazı vətəndaş daha sonra bildirir: "Bütün bağlamaları bəyan etmişəm, lakin artıq 2 həftədən çoxdur ki, heç bir hərəkət yoxdur. Reys təyin olunmur. Dəfələrlə yazmışam, əlaqə saxlamışam... yalniz “gözləyin” bildirilib. Daha sonra baxdım ki, instagram səhifələrində şərhlərdə bütün müştərilər Şikayət yazır məhz Çin anbarından. Bəzi müştərilər hardasa 1 aya yaxındır artıq gözləyirmiş, çatdırılma edilmir. Bəzi müştərilərin isə ümumiyyətlə Çin anbarına çatdırılan sifarişləri sistemdə əks olunmur, sistemə vurulmayıb. Bu gün yenidən əlaqə saxladım, bildirildi ki, gələn həftə ərzində reys yenə olmasa, məhsulların ödənişi kompensassiya ediləcək. Problem tam olaraq nədir anlamaq olmur və normal şəkildə izah edən yoxdur. Yalniz robot kimi eyni sözü təkrar edirlər ki, reys təyin edilmir. Bütün digər kargo şirkətlərinə reys təyin edilir, "Dynamic"e yox? O zaman camaatın bağlamalarını yönləndirin başqa kargo şirkətinin ünvanına, onlar çatdırsınlar. NİYƏ əlinizdə olan bağlamanı göndərmirsiniz, kompensassiya ödəniləcək deyirsiniz. HƏLƏ o da bəlli deyil ödəniləcək, ya yox! Ayrıca bu problemlər ola-ola, 5 gun öncə telefonuma avtomatik sma göndərilib ki, Çin anbarının artıq ünvanı dəyişib, yeni ünvana sifarişi edin bundan sonra. Reys təyin olunmursa, sifarişlər göndərilmirsə, niyə anbarın ünvanı dəyişir?.. Başqa anbar olanda reys təyin olunacaq? Bu nə oyundur? 
Kimdir bu şirkətin rəhbəri və ya səlahiyyətli şəxs?"


Geri qayıt