Naxçıvan detupatı Əli Abbasov Şərur rayonun Şəhriyar kəndində sakin B.B- ni yumruqla döyüb. Qısqanclıq zəminində baş verən hadisəyə deputatın kənddə etik olmayan hərəklər etməsinin səbəb olduğu bildirilir.
Sakinlərin „Gündəlik Naxçıvan“a bildirdiklərinə görə, deputat tez-tez kəndə gələrək, xoşa gəlməyən hərəkətlər edirmiş. Onun son gəlişində isə, məlum mübahisə baş verib. Mübahisə zamanı detupat sakini yumruqla vuraraq, aradan çıxıb.
B.B., həm deputatın etdiklərinin, həm də döyülməsinin qisasını almaq üçün bıçaq götürüb, onun yaşadığı Siyaqut kəndinə gəlib. Burada Əli Abbasovu bıçaqlamaq istəyərkən, sonuncunun əmoğlusu qabağa keçib və bıçaq ona dəyib. Yaralanan şəxs xəstəxanaya götürülüb, B.B. isə həbs olunub.
Şahidlərin sözlərinə görə, deputat B.B.-nin qisas alacağnı bildiyindən, kəndə qayıdan kimi qohumlarını başına toplayıbmış:
“Davadan sonra Əli müəllim kəndə gəlib, qohumlarını bir yerə yığıb, kömək istəyib. Deyib ki, “məni öldürməyə gələcəklər,kömək edin”. Sonrakı hadisələr bizim gözümüzün önündə oldu. Qonşu kənddən gələn şəxs onu bıçaqla vurmaq istədi. Bu vaxt deputatın əmioğlusu ara girmək istəyəndə bıçaq ona dəydi. Polis gəlib, bıçaqlayanı tutdu. Yaralanan şəxsi isə, xəstəxanaya apardılar, indi vəziyyəti yaxşıdır. Əli Abbasov günahkar kimi hadisəyə səbəb olsa da, davanı ilk başlayıb, qonuşu kənd sakinini döysə də, onunla bağlı heç bir tədbir görülməyib. O əvvəlki qaydada-heç nə olmamış kimi gəzir. Halbuki, bir nəfərin bıçaqla xəsarət almasına, birinin isə həbs olunmasına o səbəb olub.”
Şərur rayon Polis İdarəsindən döyülmə və bıçaqlanma hadisəsini təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər.
Geri qayıt
|