Fermerlər Ağcabədi RİH başcısı Rafil Hüseynovun kabinetinə hücum ediblər...
Fermerlər icra başçısının satmaq istədiyi torpaqların sənədlərini geri alıblar
İyunun 28-də bir neçə fermer Ağcabədi rayon İcra Hakimiyyətinin inzibati binasına hücum ediblər. Buna səbəb rayon İH başçısı Rafil Hüseynovun həmin şəxslərə məxsus torpaq sahələrini külli miqdarda pul qarşılığında başqalarına satması olub.
Binaya hücum edənlərin kəskin etirazından sonra qorxuya düşən Rafil Hüseynov bu gün, yəni 30 iyunda həmin şəxslərin sənədlərini özlərinə qaytarıb. Şahidlərin dediyinə görə, üstəlik o, yalvarıb ki, məlumat mətbuata sizmasin!
Sızdı, cənab Rafil Hüseynov! Özü də bütün detalları ilə! Qeyd edim ki, Ağcabədi RİH başçısı Rafil Hüseynovun adı bundan öncə də mətbuatda çox çeşidli korrupsiya əməllinə görə və icra başçısının tğrətdiyi bir sıra öbaşınalıqlar barədə ölkə mətbuatda xəbər ictimailəşdirilib.
"Burda mənəm, Bağdadda kor xəlifə" deyən Rafil Hüseynovun cənab Prezidentin "hesabını" vaxtlı-vaxtında çatdırdığını hər tinbaşı söylədiyi də Ağcabədi əhalisi arasında geniş rezonansa doğurub. Ağcabədi RİH başçısı görən, hər ay onun kürsüsünü qoruyanlara nə qədər "xərc" çəkir? Görünür, yuxarılara ödənilən o külli miqdarda "xərcin" nəticəsidir ki, 72 yaşında pensiyada olması gərəkən Rafil Hüseynov hələ də kreslodan möhkəm yapışıb...
Ağcabədi əhalisi rayonda icra başçısı Rafil Hüseynovun rəhbərliyilə gedən şıdırğı rüşvətxorluğu həyəcanla seyr edir... paralel.az
Geri qayıt
|