Əsas Səhifə > Manşet / Cəmiyyət > Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır?

Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır?


Bu gün, 11:04

Azərbaycanın Milli Qəhramanı,Birinci Qarabağ müharibəsinin şəhidi Pəhlivan Fərzəliyevin oğlu Xaliq Fərzəliyev ölkə başçısına müraciət edərək köməklik göstərilməsini xahiş edir.

XALQ xəbər verir ki, şəhid övladı Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev özbaşınalığı ilə üzləşib.

Xaliq Fərzəliyev müraciətində bildirir ki, rayon icra hakimiyyətinin başçısının tapşırığı ilə əkin üçün 10 hektar torpaq sahəsini ondan alınır.

Məsələni dövlət əhəmiyyətli layihə icra olunması bəhanə gətirilir. Lakin Milli qəhramanın övladı bildirir ki, hər hansı rəsmi qərar ona verilmir. Lakin dövlətin səlahiyyətli şəxslərin adında istifadə edərək o torpaqları təhvil verilməsi tələb edilir.

Konkret hansı dövlət lahiyəsi icra olunmasında və bununla bağlı rəsmi qərar olmadığını görə Xaliq Fərzəliyev etiraz edir.

O, qeyd edi ki. əgər həqiqətən dövlət lahiyəsi icra olunacaqsa mən o ərazini dövlətə verməyə hazıram. Lakin heç bir qərar verilmədiyi üçün bu yerli məmurların qeyri rəsmi tələbidir

Bu səbədən ölkə başçısına müraciət edərək köməklik göstərilməsini və Fizuli rayon icra hakimiyyətinin başçısının qanunsuz davranışlarına son qoymağı xahiş edir.

Qeyd edək ki,məlumatı içtimai fəal Elçin Lənbəranski yayıb.

Bildirir ki, 2011-ci ildən Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir.


Geri qayıt