Əsas Səhifə > Manşet / Güney Press > İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir...

İran-İsrail savaşı NAXÇIVANI VURDU: Yanacaq tükənmək üzrədir, talon sisteminə keçilir...


Dünən, 15:21

Müharibə səbəbindən İran üzərindən keçən quru yolun bağlanması Naxçıvanda yanacaq qıtlığı yaradıb. Bu səbəbdən yanacaqdoldurma məntəqələrinə avtomobil başına 20 litrdən artıq benzin və ya salyarka satmaq qadağan olunub. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.
Müharibəni uzanacağı təqdirdə, sui-istifadənin qarşısını almaq üçün, talon sisteminə keçiləcəyi bildirilir.
Bakı, blokada şəraitində olan Naxçıvana yanacağı İran ərazisindən tranzit keçən yük maşınları ilə çatdırırdı.
Yanacaq satışına qoyulan limit xüsusilə uzaq səfər edən sürücüləri çətin vəziyyətə salır. Türkiyəyə müalicəyə gedən Şərur sakini Arzu Məmmədov deyir ki, sərhədi keçdikdən sonra baha qiymətə yanacaq almağa məcburdur:
“Ərzurum xəstəxanaya gedirəm. 20 litr dizel yanacağı ilə mən necə gedib-qayıda bilərəm. Düzdür, bir məntəqədən 20 litr alıb, sonra digərinə gedib, ordan da almaq olur. Ancaq, bu həm vaxt, həm də əlavə yanacaq itkisidir. Çünki, məntəqələr bir-birindən bir neçə kilometr aralıdadır. Məcburam ki, Türkiyədən yanavcaq vuram. Türkiyədə isə yanacaq bizdən bahadır. Əlavə ən azı 50-60 manat yanacağa pul xərcləməliyəm. Vəziyyəti də başa düşürük. Müharibədən heç kim sığortalanmayıb. Yəqin ki, hökumət alternativ variant tapacaq.”
Kəngərli rayin sakini Hidayət Orucov isə yanacağa qoyulan limitin onun işlərinəmənfi təsir etdiyini bildirir:
“Mən demək olar ki, işimlə bağlı həftədə bir neçə dəfə Ordubadın ucqar kəndlərinə gedib-qayıdıram. 20 litir limit qoyublar. İşlərim bitənə qədər ən azı 30 litir benzin işlədirdim. Həmişə bir yerdən götürüb gedirdim. Deyilənə görə talonla olacaq. Belə olsa, gün ərzində yalnız bir dəfə 20 litr ala biləcəyik. Bu mənim kimi insanlar üçün ciddi problemdir. Müharibənin uzanması hıətta yanacağın qiymətinin qalxmasına, limitin də daha da azalmasına səbəb ola bilər. Bu isə əlavə problemlərin yaranması deməkdir.”

Geri qayıt