Əsas Səhifə > Manşet / Siyasət > “Dəmir Yolları”nda ABSURD QAYDALAR...
“Dəmir Yolları”nda ABSURD QAYDALAR...Dünən, 09:28 |
"Şikayətim ADY'dandır. Günlər öncəsindən rəsmi saytından şərtləri maraqlanıb, əmin olub bilet almışam. Pişiyimin "perenoskası" var, passportu var. Bir az əvvəl ADY messengerdən də göndərdikləri cavab saytlarındakı ilə eynidir. Amma qaynar xəttə zəng etdikdə, pasportla icazə olmadığını bildirdilər. Həkimdən sağlamlıq kağızı alıb və o kağızı da hansısa qüruma aparıb təsdiqlədərək rüsum ödəyib sənəd almaq lazımdı dedilər. Bu dediklərini rəsmi saytında və facebook səhifələrindən göndərdikləri cavabda niyə qeyd etməyib insanlarda çaşqınlıq yaradırlar. İndi mən 2 həftəlik getməliyəm, pişiyi bunların yalan yanlış məlumatları ucbatından evdə tək başına qoyum və mən gələnə qədər ac susuz və təklikdən sıxılıb ölsünmü???!!!
Müştəri hər zaman haqlıdır qaydasına və ictimaiyyətə verilən bu məlumata əsaslanaraq mən ev heyvanımı pasportu ilə də rayonlararası sürət qatarı ilə daşıma hüququna sahibəm..."
Geri qayıt |