Əsas Səhifə > Manşet / Siyasət > "Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..."

"Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..."


Dünən, 10:30

"Bəs sizin də "cashback"ləriniz "Rabitabank" tərəfindən oğurlanıb?" "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm, Şikayətim Var" sosial qrupundakı paylaşımında Rauf Osmanov adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Ay sonu balansımda 47-50 manat arasında cashback yığılmışdı. Rabitabank-da ay bitir növbəti 3 iş günündə cashback karta oturur. Bu müddət ərzində 47-50 manat yerinə 28 manat köçürüblər və səbəb olaraq da geri qaytarılmalar olduğunu deyir müştəri təmsilçisi. Geri qaytarılmalar 2 dənədir. 62.77 və 65.96 azn bunların da cashbackləri 63 qəpik və 66 qəpikdir. Toplam 1.29 çıxmalı olduqları halda götürüb 20-22 manatın dalından dəyiblər çox rahat şəkildə. Mən ay sonu balansımı kontroldan keçirməli deyiləm ki görəsən mənim bankım məni aldadır, yoxsa yox. Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin. Kim tutar tutar kim tutmaz da 1-0 əla.."


Geri qayıt