Əsas Səhifə > Manşet / Cəmiyyət > Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi: BİR KÜLƏKLİK CAN...
Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi: BİR KÜLƏKLİK CAN...4-06-2025, 11:22 |
Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan! Son günlər az qalırdıq küləyə yalvaraq ki, əsmə külək, sakitliyin altında yatan çox problemimiz var, əsib onları üzə çıxartma.Çünkü əsib Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin,Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin,Bakının rayonlarına rəhbərlik edən icra başçılarının,həmçinin BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin illərlə ört-basdır etdikləri eyiblərini üzə çıxardırsan,BŞİH-də islahatlara ehtiyac var,mövqeyini gücləndirirsən! Əsdikcə,MKTB-lərin tabeçiliyində yüzlərlə MİS idarələrinin,onların da yüzlərlə işçisi olduğu halda,Bakının kompleks şəkildə təmiz və səliqəli saxlanılmadığını aşkarlayırsan! BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məhəllə daxili ərazilərdə,səkiləri əhatə edən sahələrdə ağacları mövsümü olaraq budamaması,eləcə də məhəllə daxili və yol kənarlarında olan ağaclarda sanitar təmizləmə işlərinin aparılması görünür,ağaclardan quru budaqlar qırılaraq yollara,səkilərə səpələnir,təhlükəli vəziyyət yaranır.Ona görə əsmə,külək əsmə! Cəfər Cabbarlı bunları görmədi,görsəydi bəlkə də "Əs ey külək,bağır,ey bəhri-biyaban ləpən" misrasını,"Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan" misrası ilə əvəzləyərdi.Yaşasaydı o,da Bakının 4-5 mərkəzi prospektdən ibarət olmadığını bir daha xatırladar,Bakının rayonlarına rəhbərlik edən icra başçılarının hündürmərtəbəli evlər tikən iş adamlarına vasitəçilik etdiklərini bilər,Mənzil-Kommunal Təsərrüfatı Birlikləri rəhbərlərinin ancaq şəxsi çıxarları qarşılığında fəaliyyət göstərdiklərini görər,məhəllələrin,səkilərin vaxtlı-vaxtında süpürülmədiyini müşahidə edər... Faktinfo.az Geri qayıt |